Qorxulu filmlərin əfsanəvi rejissoru vəfat etdi

Qorxulu filmlərin əfsanəvi rejissoru Tobe Hooper Los Ancelesdəki evində 74 yaşında vəfat etdi

797899
Qorxulu filmlərin əfsanəvi rejissoru vəfat etdi

Qorxulu filmlərin əfsanəvi rejissoru Tobe Hooper Los Ancelesdəki evində 74 yaşında vəfat etdi.

 Rejissorun ölüm səbəbi açıqlanmayıb.

 Hooper "Texas qətliamları" filmi ilə məşhurlaşıb.

Ssenarist, prodüser və rejissor kimi tanınan Hooper 1943-cü ildə Texas ştatının Ostin şəhərində anadan olmuşdu. 1960-cı illərdə kariyerasına operator kimi başlayıb.

Onun  rejissor kimi ilk işi  1969-cu ildə yayımlanan aşağı büdcəli "Eggshells" filmi olub.

1982-ci ildə isə  Steven Spielbergin ssenarisi əsasında "Pis Ruh" filmini çəkib.

 



Әlaqәli Xәbәrlәr