TRTVOTWORLD

 

TRTVOTWORLD.COM

 

Türkiyə Radio-Televiziya Qurumu tərkibindəki Xarici Yayımlar İdarəsi Sədrliyinə bağlı TRTVOTWORLD.COM  bir xəbər saytıdır. 41 dildə yayımı olan web saytının əsas vəzifəsi Türkiyə Cümhuriyyətinin milli və beynəlxalq mövzularda düşüncələrini dünyaya birinci mənbədən çatdırmaqdır.  

Hazırda xarici yayım məfhumunun sürətli şəkildə rəqəmsala çevrilən dünya mediası ilə ayaqlaşması məqsədi ilə qısa dalğa yayımlarından başqa web saytlarına daha çox üstünlük verilməsinin bir nəticəsi kimi ortaya çıxan TRTVOTWORLD.COM xarici dildəki internet yayımları xeyli ətraflı xəbər məzmunu təqdim edir. Türkiyə, Dünya və yayımlanan coğrafiyanı maraqlandıran Regional xəbərlər, Mədəniyyət, İqtisadiyyat, Elm və Texnologiya xəbərləri diqqətlə araşdırılır və seçim edilir. Türkiyə və dünyadakı önəmli hadisələr və baş verənlər xəbər agentliklərinin aramsız olaraq təqib edilməsi sayəsində də dünya gündəminə dair xəbərlərin saytda düzgün, etibarlı və sürətli şəkildə yayımlanmasına imkan yaradır.

Türkiyə haqqındakı ən düzgün və dünya gündəmi ilə əlaqəli ən tərəfsiz xəbərləri çatdırmaq barədə TRTVOTWORLD.COM dünyadakı etibarlı xəbər saytları sırasındadır.