674 yaşlı qüllə yenidən qonaqların ixtiyarına verildi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan bərpa işləri tamamlandıqdan sonra ...

2144962
674 yaşlı qüllə yenidən qonaqların ixtiyarına verildi

 

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan bərpa işləri tamamlandıqdan sonra İstanbuldakı Qalata qülləsi qonaqların ixtiyarına verildi.

  Müasir texnologiya və alimlərin rəhbərliyi ilə aparılan bərpa işlərindən sonra qüllə zəlzələyə qarşı gücləndirildi.

  Yerli və xarici qonaqların böyük marağına səbəb olan qüllənin 8-ci mərtəbəsindəki panoramik mənzərəli eyvan fonda nəfəs kəsən metropolislə fotoşəkil çəkdirmək imkanı verir.

  6-cı mərtəbədə gənclər “İstanbulu tap” (Find Istanbul) interaktiv video oyununda iştirak edirlər.

  2-ci mərtəbədə 17-ci əsr türk alimi Həzarfen Əhməd Çələbinin Qalata qülləsindən Üsküdara gedən əfsanəvi uçuşunu canlandıran simulyasiyanı görmək mümkündür.

  Xatırladaq ki, 674 yaşlı Qalata qülləsi 2024-cü ilin 23 fevralında zəlzələyə qarşı gücləndirmə işləri ilə əlaqədar təmirə bağlanmışdı.



Әlaqәli Xәbәrlәr