"Dünyanın ən yaxşı çörəkləri" siyahısında Türkiyə baş sıralarda oldu

Samsun Valiliyi sözügedən mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib ...

2144953
"Dünyanın ən yaxşı çörəkləri" siyahısında Türkiyə baş sıralarda oldu

 

  Qastronomiyanın mühüm qaynaqlarından biri olan “Taste Atlas”ının (Dad atlası) "Dünyanın ən yaxşı çörəkləri" siyahısında Samsun və Bafra pideləri ilk iki yeri tutub.

  Samsun Valiliyi sözügedən mövzu ilə bağlı verdiyi yazılı açıqlamada bildirib: "Bafra pidesi və Samsun pidesi. Dünyanın hər yerində yerli yeməklər, içkilər və restoranlar haqqında məlumat verən, 837 min izləyicisi olan interaktiv xəritə və məlumat platforması “Dad atlası” siyahısında Türkiyənin hər iki ləzzəti ilk iki sırada yer aldı. Deqüstatorların bu seçimi dünya üzrə qastronomiya turizmini kəşf etmək istəyənlərə, Samsun mətbəxinin həm göz, həm damaq oxşayan yerli ləzzətlərinin tanınmasına böyük töhfə verəcək."

 



Әlaqәli Xәbәrlәr