“Nəhayət, İtaliyanı keçərək 4-cü olduq”, M.N.Ersoy
Şanlıurfa Mədəniyyət Yolu Festivalında media nümayəndələri ilə görüşündə M.N.Ersoy deyib ...
![“Nəhayət, İtaliyanı keçərək 4-cü olduq”, M.N.Ersoy](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/cef2/9542/feb5/66543b83903ec.jpg?time=1722046809)
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin ən çox turist cəlb edən 4-cü ölkə olduğunu söyləyərək yeni hədəfin ilk 3-lük olduğunu bildirib.
Şanlıurfa Mədəniyyət Yolu Festivalında media nümayəndələri ilə görüşündə M.N.Ersoy deyib: “Şanlıurfa tarixi və qastronomiyası ilə bənzərsiz bir şəhərdir. Bölgə böyük turizm potensialına malikdir.
Festival çərçivəsində şəhərdəki bütün təyyarə biletləri alınıb, otellər dolub.
Turizmdə mövsümü 12 aya qədər uzatmağı düşünürük. Günəş, qum və dənizdən başqa, Türkiyənin mədəni və arxeoloji dəyərləri ilə bağlı bütün bölgələrini tanıtmaq istəyirik.
Türkiyə hal-hazırda ən çox turist cəlb edən dördüncü ölkədir. İtaliyanı keçərək 4-cü yeri tutduq.
2028-ci ilə qədər hədəfimiz 80 milyona yaxın turist cəlb etməklə ilk 3-lüyə daxil olmaqdır”.
Әlaqәli Xәbәrlәr
![Son Tunc dövründən qalma planşetdəki yazılar](http://cdn.trt.net.tr/images/medium/rectangle/ab61/d014/eb4e/669e19cf3a663.jpg?time=1722046809)
Son Tunc dövründən qalma planşetdəki yazılar
M.N.Ersoy sosial media hesabından verdiyi açıqlamada bildirib ...
![Türkiyəyə qaytarılan antik əsərlər](http://cdn.trt.net.tr/images/medium/rectangle/6bf9/5edf/afd0/669e046562ef8.jpg?time=1722046809)
Türkiyəyə qaytarılan antik əsərlər
Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə ...