Həftənin filmləri

Bu həftə Türkiyə kinoteatrlarında 5-i yerli olmaqla, 8 film ekranlara çıxacaq.

621785
Həftənin filmləri

 Rejissoru Oscar mükafatı laureatı Robert Zemeckis və baş rollarının ifaçılarının Brad Pitt, Marion Cotillard, Lizzy Caplan, August Diehl və Jared Harris olan "Müttəfiq" sabah kinosevərlər ilə görüşəcək.

  Dram və gərginlik filmi İkinci Dünya Müharibəsi zamanı Şimali Afrikada düşmən xəttində vuruşan Fransa Müqavimət Hərəkatının döyüşçüsü Marianna Beausejour ilə qarşılaşan kəşfiyyat zabiti Maks Vatanın (Brad Pitt) hekayəsindən bəhs edir.

  Brad Pittin canlandırdığı Maks və Marion Cotillardin oynadığı Marianna  Casablancada yerinə yetirdikləri ölümcül bir tapşırıqdan sonra evlənən cəsuslardır. Maksın həyat yoldaşının bir Nasist cəsusu ola biləcəyindən şübhələnərək Mariannanı araşdırmağa başlaması ilə evliliklərinin gedişatı da dəyişir.

 

 "Qaranlıqlar Ölkəsi: Qan Müharibələri"

  Kate Beckinsale, Theo James, Lara Pulver, Tobias Menzies, Bradley James, James Faulkner ve Charles Dancenin oynadıqları filmin rejissoru  Anna Foersterdir.

  Dünya şöhrətli "Qaranlıqlar Ölkəsi" seriyasının yeni və son filmi "Qaranlıqlar ölkəsi: Qan Müharibələri"  xəyanətkar Lycanın və vampir təcavüzünə məruz qalmış Selenein hekayəsini inkişaf etdirir.

 

"Sevdam Gözlərində Qaldı"

Ssenarisi və rejissorluğu Əhməd Yenilməzə aid filmdə Əhməd Yenilməz, Burak Alp Yenilməz, Hümeyra Çətin, Mehmet Əli Tuncər, Nejat Yıldız və Həsən Kaçan oynayırlar.

 Qalmaqallı Susurluk qəzasının və Mahmud Əsəd Coşan Xocanın Avstraliyada keçirdiyi yol qəzasının sirri üzərindən diqqəti Mərhum Muhsin Yazıcıoğlunun keçirdiyi vertolyot qəzasına çevirən film Yazıcıoğlunun ölümü ilə bağlı məlum olmayanlardan bir eşq hekayəsi vasitəsilə bəhs edir.

 

  "Babamın Qanadları"

  Kıvanç Sezərin ssenarisini yazaraq çəkdiyi filmin baş rollarının ifaçıları Menderes Samancılar, Musab Ekicii, Tansel Öngel, Kübra Kip, Mustafa Kırantepe və Sarp Aydınoğludur.

  Bir çox beynəlxalq festivalda göstərilən dram janrındakı film xərçəng xəstəsi olduğunu öyrənən İbrahim ilə qardaşı oğlu Yusifin hekayələri vasitəsilə  fəhlə ölümlərinə diqqət çəkir.

 

  "Baldız"

Gupse Özay ssenarisini qələmə alaraq baş rolunda oynadığı filmdə kamera qarşısına Özay ilə birlikdə Eda Ece, Buğra Gülsoy, Zeynep Kankonde, Dilşah Dəmir və Danilo Zənnə kimi aktyorlar keçdilər. "Patron Xoşbəxt Son İstəyir" və "Ərin Qədər Danış" filmlərinin rejissoru olan Kıvanç Baruönünün çəkdiyi  filmdə gəlin ilə baldız arasındakı münaqişə yumorlu şəkildə nümayiş olunur.

 

"Mavi Velosiped"

 Beynəlxalq Antalya Film Festivalında " Ən Yaxşı Film", "Ən Yaxşı Rejissor" və "Ən Yaxşı Ssenari" mükafatlarını alan film bir uşağın böyüklərin dünyasında üzləşdiyi ədalətsizliklərə özünə məxsus həll axtarışını ekranlarda sadəlövh bir tərzdə əks etdirir.

 Ümid Köreken və Nursen Çətin Körekenin ilk tammetrajlı kino filmində baş rolları bölüşən uşaq aktyorlar -Səlim Kaya, Eray Kılıçarslan və Bəhriyə Arı ilə yanaşı,  Mustafa Küçükibiş, Burak Vurdumduymaz, Beren Yiğit, FatihKoca, Mustafa Şimşək, Nursen Çətin Köreken və Turan Özdəmir kimi aktyorlar oynayırlar.

 

 "Hin"

 Oyuncu Üfüq Bayraqdarın ekranlaşdırdığı filmdə Bayraqdarın tərəf müqabilləri Hasibe Eren, Selen Domaç, Məmməd Dərə, Turgay Karakaya və Emirhan Kartopdur.

 Dram janrında çəkilən film1950-ci illərdə əri və uşaqları ilə birlikdə dağ yamacındakı komada yaşayan bir qadının vərəm olduğunu öyrəndikdən sonra özündən sonra uşaqlarına baxması üçün ərini qapalı bir qadınla evlənməyə razı salmasından sonra olanlardan  bəhs edir

 

 "Qəhrəman Ördək"

 Həftənin animasiya filmi "Qəhrəman Ördək"dir. Ssenarisi və rejossorluğu  Viktor Lakisova aid film yamyaşıl bir adada yaşayan iki ördək dəstəsinin adanı təhdid edən "pis"ə qarşı güclərini birləşdirməsindən bəhs edir.



Әlaqәli Xәbәrlәr