Türk qəhvəsi G-20 sammitində

Dünya liderləri və onların xanımlarına türk qəhvəsinin tarixi haqqında məlumat veriləcək və qumda bişirilən qəhvə təqdim olunacaq.

416923
Türk qəhvəsi G-20 sammitində

G-20 sammiti çərçivəsində dünya liderləri və onların xanımlarına türk qəhvəsinin tarixi haqqında məlumat veriləcək və qumda bişirilən qəhvə təqdim olunacaq.
Mədəniyyət və Turizm nazirliyi və Xarici işlər nazirliyinin təşkilatçılığı ilə sammit çərçivəsində türk qəhvəsi bölümü yaradılacaq.
Kolleksiyaçı Şahin Paksoyun Osmanlı dövründən qalan türk qəhvəsinin hazırlanmasında istifadə olunan əşyaların olduğu kolleksiyası sərgilənəcək. Dünya liderləri və xanımlarına həm yeni, həm də tarixi 300 ilə gedib çıxan əl dəyirmanı, fincan, qəhvədan və müxtəlif əşyaların tarixindən bəhs olunacaq.
Türk qəhvəsinin hazırlanmasında istifadə olunan digər məhsullar haqqında məlumat veriləcək. Eyni zamanda qonaqlara bir fincan türk qəhvəsi və lokum təqdim olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr