Zevs və Afroditanın 2000 il yaşlı heyranedici və nəfis heykəlləri tapıldı

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında yazıb ...

2144715
Zevs və Afroditanın 2000 il yaşlı heyranedici və nəfis heykəlləri tapıldı

 

  Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Antalyada Aspendos antik şəhərində aparılan qazıntılar zamanı Roma imperiyası dövrünə aid 2 heykəlin tapıldığını bildirib.

  Sosial media hesabında nazir yazıb: “Gələcəyə miras” layihəsi çərçivəsində arxeoloji qazıntılar fasiləsiz davam edir. Aspendos antik şəhərində Roma imperatorluğu dövrünə aid iki möhtəşəm heykəl ortaya çıxarılıb. 2 min il əvvələ aid Zevs və Afroditanın heyranedici və nəfis təsvirləri İki Mərtəbəli Dükanlar-Stoa kompleksində (İki Katlı Dükkanlar-Stoa Kompleksi) aparılan qazıntılar zamanı üzə çıxarılıb. Ümid edirəm ki, bu işlər ölkəmizin mədəni və turizm həyatına faydalı olacaq”.



Әlaqәli Xәbәrlәr