60 saat fasiləsiz konsert

Norveçli musiqiçi 60 saat fasiləsiz konsert verməklə rekorda imza atıb.

229226
60 saat fasiləsiz konsert

Norveçli musiqiçi 60 saat fasiləsiz konsert verməklə rekorda imza atıb.
Orqan ifaçısı Nina İrslinqer musiqi alətinin klaviaturası arxasında 60 saat keçirməklə dünya rekorduna ımza atıb. O, “Beatles”, “Bee Gees”, “Secret Garden” qruplarının və amerikalı müğənni Prince-in mahnılarını ifa edib.
İrslinqer bu konserti 60 yaşını qeyd etmək məqsədi ilə Troitsa kilsəsində keçirib. İki gecə dayanmadan konsert verən qadın cəmi 35 dəqiqə dincəlib. Onun adının “Ginnesin rekordlar kitabı”na salınacağı gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr