Donald Tramp Hollivudu irçilikdə günahlandırdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Hollivudu tənqid etdi.

1251243
Donald Tramp Hollivudu irçilikdə günahlandırdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Hollivudu tənqid etdi.

O, bu barədə “Twitter” səhifəsində yazdı.

Prezidentin sözlərinə görə, prokata çıxan filmlər xaos yaratmaq üçün çəkilir. Onların yaradıcıları zorakılığı təbliğ edən filmlər çəkir, sonra başqalarını günahlandırmağa çalışırlar.

Tramp : “Liberal Hollivud son dərəcə irqçidir, nifrət və kin doludur”. Prezident əlavə edib ki, Hollivudda insanlar özlərini elita sayırlar, lakin əslində belə deyildir. Əsl elita Hollivuda qarşıdır" deyə bildirdi.

Xatırladaq ki, ötən il Qərbi Hollivud şəhərinin administrasiyası qonşu rayonda yerləşən “Şöhrət xiyabanı”ndan ABŞ Prezidenti Donald Trampın ulduzunu götürmək barədə qərar qəbul edib.



Әlaqәli Xәbәrlәr