TRT Televiziya

Çox sayda milli və regional televiziya kanalının olduğu yayım məkanında Türkiyə və dünyaya doğru və tərəfsiz xəbər verən TRT təhsil, mədəniyyət, sənədli film, dram, idman, musiqi və əyləncə yayımlarıyla Anadolunun 99 faizində və sərhədlərindən uzaqlarda hər yaş qrupundan tamaşaçıya xidmət göstərməkdədir.

TRT yayımlarının məqsədi müxtəlif yaş, peşə, təhsil və mədəniyyət səviyyəsindəki tamaşaçılara doğru, tərəfsiz, anlaşıla bilən və anında xəbər vermək, təhsil və mədəniyyət sahəsindəki yeniliklərə töhfə vermək, əyləndirərkən öyrətmək və ən yayğın şəkliylə milli mədəniyyət bütövləşməsini təmin etməkdir.

TRT-1. Aile kanalı. Türkiyənin ən çox izlənən kanalı TRT-1 ailə kanalı formatında, təhsil, mədəniyyət, dram, musiqi, əyləncə, idman və xəbər proqramlarının yer aldığı yayımlarıyla bütün ölkəyə xitab edir. TRT-1 99,9 faizlik əhatə dairəsiylə Türkiyənin hər yerində və internet üzərindən bütün dünyada. Yol yoldaşınız 42 ildir sizinlə…

TRT-XƏBƏR. Aktual xəbər, siyasət, analiz, diskussiya, idman, sənədli film, mədəniyyət və sənətin yeni nəfəsi TRT Xəbər, TRT təcrübəsiylə ekranlarınızda. Doğru və tərəfsiz olmağı prinsip seçən TRT Xəbər həyatın bütün rənglərini ekranlarınıza daşıyır. Siz də doğru xəbər alma haqqınızdan istifadə edin. Xəbərin ekranı TRT Xəbər hər yerdə…

TRT-3 .TBMM TV ilə periodik yayım həyata keçirməkdədir. TRT-3 yayımları əsasən idman proqramlarından ibarətdir. 9 avqust 2010-cu il tarixindən etibarən TRT Spor loqosu ilə idman kanalı olaraq yayımını davam etdirməkdədir.

TRT-GAP. TRT-GAP-da Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində yaşayan insanların tələb və ehtiyacları istiqamətində, bölgədəki iqtisadi səviyyənin və təhsil səviyyəsinin yüksəldilməsinə xidmət edəcək musiqi, təhsil, mədəniyyət, əyləncə və idman proqramları ilə sənədli filmlər yayımlanır. TRT-GAP – bölgə xalqının ortaq səsi…

TRT-4. TRT-Çocuk kanalı ilə TRT Okul kanalının periodik yayım həyata keçirdiyi kanal.

TRT Anadolu Kanalı "Bir ekran yüz ekran, yüz ekran bir ekran" şüarıyla 2010-cu ilin oktyabr ayında yayım həyatına rəsmən başlayıb. Kanalın məzmununun bir hissəsini TRT arxivindəki yayımlar və digər TRT kanalları ilə birlikdə həyata keçirilən ortaq canlı yayımlar təşkil edir. Digər tərəfdən, yerli və regional yayım quruluşlarının hazırladıqları, öz vilayətlərində və bölgələrində yaşadılan dəyərləri, adət-ənənələri və mədəniyyətləri əks etdirən canlı və yazılı proqramlar da yayım məzmununun böyük hissəsini təşkil edəcək.

TRT-6. TRT kürdcə yayımlanan kanalıyla Türkiyənin beynəlxalq və xüsusilə bölgə ölkələriylə olan əlaqələrində müsbət rol oynayır. Ölkəmizin birlik və bütövlüyü məqsədi daşıyan, müasir normalarda hər yaşdan tamaşaçıya xitab edən kürdcə ailə kanalı TRT-6 2009-cu ilin yanvar ayında yayıma başlayıb.

TRT-ÇOCUK. Müasir türk uşaqlarının animasiyadan musiqiyə, xəbərdən idmana bütün ehtiyaclarına cavab verən kanal fiziki, zehni, ruhi və əxlaqi baxımdan sağlam nəsillərin yetişdirilməsinə xidmət etməyi hədəfləyir. Bəşəri pedaqoji normalarda keyfiyyətli, çağdaş və məsuliyyətli yayımçılıq anlayışıyla uşaqların inkişafında dəstəkləyici və yol göstərici olmağı prinsip seçən TRT Çocuk kanalının məqsədi Türk dilinin və mədəniyyətinin doğru şəkildə əks etdirilməsinə, uşaqların oynayaraq, əynələrək təhsil almasını və məlumatlanmasına xidmət etməkdir.

http://www.trtcocuk.com

TRT-TÜRK. Dünyaya ağırlıklı olarak türkcə yayımlanan kanal Türkiyə ilə türk insanını tanıdan proqramlarıyla, xəbər, mədəniyyət və sənət yayımlarıyla, xaricdə yaşayan vətəndaş və soydaşlarımızın Türkiyə və türk mədəniyyəti ilə qopmayan bağı, problemlərinin dəstəyi, kədər və sevinclərinin ortağıdır. Dünyanın harasında olursunuzsa, olun, TRT Türk yanınızdadır…

TRT-AVAZ 2009-cu ilin mart ayında yayıma başlayan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Azərbaycan, Bosniya-Hersoqovina, Albaniya və Türkiyə olmaqla 8 ölkədən və bu ölkələrə aid 8 dildə, Uzaq Şərqdən Balkanlara uzanan coğrafiyada yaşayan türk dünyasına yönəlik yayım həyata keçirən kanal Türkiyə ilə digər türk cümhuriyyətləri arasında dil və düşüncə bağl qurur. Bir çox türk ləhcəsində “səs" mənası daşıyan “Avaz" türk cümhuriyyətlərinin ortaq səsi olaraq Yaxın Şərqdən Qafqaza qədər 27 ölkə və 13 muxtar respublikada 250 milyon əhalisi olan coğrafiyaya xitab edir.

TRT- BELGESEL. Türkiyəni ingiliscə, almanca, Fransızca, rusca və türkcə ilə 5 fərqli dildə dünyaya tanıdan TRT Belgesel kanalı tarix, cəmiyyət, təbiət, ətraf mühit, idman, mədəniyyət-sənət, elm, texnologiya sahələrində sənədli filmlər yayımlayır. Keçmişi gələcəyə çatdıran və təbiətin izini sürən kanal 17 oktyabr 2009-cu ildə yayıma başlayıb.

TRT-MÜZİK. Türkiyənin və dünyanın musiqisini bir araya gətirən kanalda yarışma proqramları, musiqili sənədli filmlər, konsertlər, Top-10-lar, saatbaşı proqramlar və canlı yayımlar həyata keçirilməkdədir. 16 noyabr 2009-cu ildə yayıma başlayan kanal Türk xalq və sənət musiqisi ağırlıqlı olmaqla birlikdə yerli və xarici musiqi yayımlarıyla Türkiyənin və dünyanın musiqisini TRT fərqiylə ekrana daşıyır.

TRT-ET-TÜRKİYYE Türkiyenin beynəlxalq və xüsusilə bölgə ölkələriylə əlaqələrində müsbət rol oynamaq üçün yayıma başlayan TRT-Et-Türkiyə Türkiyə və ərəb dünyasının ortaq dili, ortaq ekranı, ortaq hissiyatı olmaq məqsədilə, hər yaşdakı tamaşaçıya xitab edərək uşaq, gənclik, qadın, sağlamlıq, iqtisadiyyat, dram, sənədli film, idman, musiqi, xəbər, mədəniyyət-sənət, din-əxlaq və əyləncə proqramlarından ibarət zəngin bir məzmunla 2010-cu ilin aprelində yayıma başlayıb. 22 ərəb ölkəsi və ərəbcə danışan xalqlara yönəlik yayımlar həyata keçirən kanalın məqsədi 350 milyon əhalisi olan ərəb dünyası ilə Türkiyə arasındakı bağları gücləndirməkdir.

TRT HD . Yayımçılıq keyfiyyətində gəlinən ən üst nötqə olan HD yayımı həyata keçirən TRT HD kanalı əsasən idman proqramları, sənədli film və filmlərə yer verir. 2010-cu ilin iyununda yayıma başlayan TRT HD 2010-cu ilin Dünya Çempionatından sonra yay və qış olimpiadalarını yayımlayacaq.

TRT SPOR. 2010-cu ilin avqustunda yayıma başlayan TRT Spor kanalı bütün milli və beynəlxalq idman müsabiqələrini və tədbirlərini, canlı və ya lent yazısı şəklində ekranlara daşıyır və idmanın bütün qollarına eyni dərəcədə əhəmiyyət verir.