İsrail ordusu İordan çayının qərb sahilinə hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə və Cenin qaçqın düşərgəsinə təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 8-ə yüksəlib.

2142800

Fələstin Qızıl Aypara Cəmiyyətinin yaydığı bəyanatda  təcili yardım qruplarının Cenin qaçqın düşərgəsinin Əl-Hədəf bölgəsində İsrailin hücumu nəticəsində ölən bir şəxsi oradan çıxardığı bildirilib.
Bəyanatda  İsrail qüvvələrinin ölən fələstinlinin cəsədini xəstəxanaya apararkən təcili yardım qruplarını saxladığı, lakin mövzu ilə bağlı ətraflı məlumat verilmədiyi qeyd olunub.
Fələstin Səhiyyə Nazirliyi də İsrailin Ceninə hücumları nəticəsində həlak olan fələstinlilərin sayının 8-ə yüksəldiyini təsdiqləyib.
Həmin hücumlar nəticəsində 21 fələstinlinin yaralandığı da qeyd edilib.

Әlaqәli Xәbәrlәr