TRT Radio

Hər zaman elmi və texnoloji yeniliklərin ölkəmizə gec gəlməsindən şikayət edirik. Radioçuluq baxımından isə vəziyyət tam əksidir. Türkiyə cəmiyyətinin radio macərası 6 may 1927-ci ildə - hardasa dünya ilə aynı anda başlayır. 1 may 1964-cü ildə TRT-nin qurulması ilə də yepyeni bir hərəkətlilik qazanır.

Bu gün TRT radioları dövlət yayımçılığı məsuliyyəti; tərəfsiz və prinsipial yayım anlayışı; doğru və gözəl Türkcəsi; xəbər, məlumat, təhsil, mədəniyyət, musiqi, əyləncə məzmunu ilə ölkənin hər tərəfinə, cəmiyyətin hər təbəqəsinə səslənməkdədir.

TRT Türkiyə Radioları; Radio-1, Radio-2 (TRT FM), Radio-3, Radio-4, 5 Bölge Radiosu (Antalya, Çukurova, GAP-Diyarbəkir, Ərzurum, Trabzon), Türk sənət musiqisi sevənlər üçün TRT Nəğmə, türkü dostları üçün TRT Türkü, TRT Radio Xəbər Kanalı və beynəlxalq radio kanalları - “Türkiyənin Səsi" Radiosu (35 dil və ləhcə) və Avropa FM ilə radio yayımçılığı sahəsində ölkəmizdə və dünyada təsirli güc statusundadır.

Radio-1.

Təhsil, mədəniyyət, xəbər kanalı... Bilgiyə, öyrənməyə ehtiyac duyan hər kəs üçün... 24 saat fasiləsiz yayım... Yüzlərlə stereo ötürücüsüylə Türkiyənin hər yerində; peykdən və internet üzərindən bütün dünyada... Elm, sənət, ədəbiyyat, teatr, idman, ekologiya, iqtisadiyyat, maqazin... Həyata dair hər şey... Doğru, tərəfsiz, sürətli xəbərçilik…

TRT Radio 1 - 1927-ci ildən günümüzə... Radionuzun olduğu hər yerdə...

Radio-2 (TRT FM) TRT üslubuyla, TRT keyfiyyətiylə hər gün 24 saat sizlərlə… Canlı, nəşəli, əyləncəli... Hit parçalar ən çox istək alanlar arasındadır. Yüzlərlə stereo ötürücüsüylə 99,9 faizlik əhatə dairəsiylə Türkiyənin hər yerində; peykdən və internet üzərindən bütün dünyada… Sirdaşınız, dostunuz, yol yoldaşınız...

TRT FM – uzaqları yaxın edən radio.

Radio-3

Elvis Preslidən Con Baezə, Frank Sinatradan Çaykovskiyə, Motsartdan Sara Voqhana musiqinin ən seçkin nümunələrini təqdim edən, klassiklə moderni birləşdirən radio. TRT keyfiyyətiylə 24 saat stereo yayım... Türkiyənin hər yerində; peykdən və internet üzərindən bütün dünyada...

TRT Radio-3- musiqidə keyfiyyətin adı.

Radio-4

Ənənəvi sənət və xalq musiqimizin çiçəkləri bu bağçada. Saz havaları, sevda dolu mahnılar, uzun havalar, Anadolu qoxan türkülər.. Dünəndən bu günə səs və saz ustalarımız… Hamısı bu kanalda.. TRT keyfiyyətilə hər gün 24 saat sizlərlə. Türkiyənin hər yerində; peykdən və internet üzərindən bütün dünyada.

TRT Radio-4 – Həsrətin bitdiyi nöqtə…

TRT Türkü. 1 iyul 2009-cu ildə yayıma başlayan TRT Türkü, FM ötürücüləri, internet və peyk üzərindən türkü dostlarına səslənən bir kanaldır. Dinləyicilərin Türk xalq musiqisinə maraq və sevgisini artırmaq düşüncəsiylə yola çıxan TRT Türkü 24 saat fasiləsiz yayımıyla bu sənət növünün seçkin nümunələrini təqdim edir. Yayımlarında ortaq mirasımız olan xalq musiqisi nümunələrinə yer verərkən xalq mədəniyyətinin yaşadılmasına və yayılmasına da töhfəsini verir.

TRT Nəğmə. 6 may 2009-cu ildə yayıma başlayan TRT Nəğmə FM ötürücülərindən, internet və peyk üzərindən türk sənət musiqisi sevənlərin görüşünə gəlir. TRT Nəğmə yayımlarında 24 saat fasiləsiz türk sənət musiqisinə yer verilir. TRT arxivindən seçmə əsərlər və yeni lent yazıları TRT keyfiyyətilə TRT Nəğmə radiosunda səslənir.


TRT Radio Xəbər.

Türkiyə və dünyanın qaynar gündəmi, hadisələrin analizi TRT Radio Xəbərdə… 24 saat fasiləsiz yayımlanan TRT Radio Xəbər TRT-1, TRT Türk və TRT Xəbər kanallarındakı xəbər proqramlarını yerdəyişməylə və bərabər zamanda yayımlayır. Xəbərləri TRT fərqiylə radiodan dinləmək istəyənlər FM ötürücüləri, internet və peyk üzərindən yayımlanan TRT Radio Xəbərdə bir araya gəlir.

“Türkiyənin Səsi Radiosu". Qısa dağla Ankara Radiosundan Türkiyənin Səsi Radiosuna… 70 ildən çoxdur “Türkiyənin Səsi" bütün dünyada… Xəbər-idman, mədəniyyət-sənət, musiqi-əyləncə… Türkiyənin Səsi radiosu xaricdə yaşayan vətəndaş və soydaşlarımızın Türkiyə və Türk mədəniyyəti ilə qopmayan bağı, problemlərinin dəstəyi, hüzn və sevinclərinin ortağıdır. Qısa dalğada, peykdə və internetdə, 24 saat fasiləsiz yayımda… Dünyanın harasında olursunuzsa, olun… “Türkiyənin Səsi"ni duyun...




Radio-6. Ölkəmizin birlik və bütövlüyünə xidmət etmək məqsədi daşıyan, müasir çizgidəki yayım anlayışı ilə hər yaşdan dinləyiciyə xitab edən kürdcə radio kanalı… 1 may 2009-cu ildə yayıma başlayan Radio-6 Cənub-Şərqi Anadolu bölgəsinə səsini çatdırır. Bölgə xalqı ilə dövlət arasındakı bağı gücləndirərkən Türkiyənin beynəlxalq əlaqələrinə də müsbət təsir edir.

TRT AVROPA FM.

Türkiyədən daha bir səs… Həyatın gülümsədən anları, köç macəraları, uğur hekayələri, ölkəmizin dəyərləri, dünyanın dörd tərəfindəki “biz bizə bənzəyirik" hallarımız və bol musiqi… Gənclər və gəncliyi əldən buraxmayanlar üçün musiqi və söhbət TRT Avropa FM-də… TRT Avropa FM internetdə, peykdə və kabeldə, həftə içi hər gün Türkiyə satıyla 09:00-18:00 arası yayımda… Sevdiyiniz bir mahnını dinləmək, bir sevdiyinizə hədiyyə etmək, ya da duyğularınızı, düşüncələrinizi bölüşmək istəsəniz, Türkiyənin nəşəli səsi TRT Avropa FM bir “tık" o biri tərəfinizdə