Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb.

2142825
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı

Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Rusiya prezidentinin tapşırığına əsasən, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin birinci mərhələsi başlayıb''.
Açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb və onların istifadəsi üçün hazırlıq işləri görəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, təlimdə hipersəsli “Kinjal” raketləri ilə təchiz edilmiş təyyarələr də iştirak edəcək.



Әlaqәli Xәbәrlәr