İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi

Xilasetmə çalışmalarının davam etdiyi bölgədə çata bilinməyən yerlərdə can itkilərinin artması narahatlıq doğurur.

1164894
İndoneziyanın Papua əyalətindəki seldə 50 nəfər həyatını itirdi

  İndoneziyanın Papua əyalətində meydana gələn seldə 50 nəfər həyatını itirdi.

  Ölkənin Milli Fövqəladə İdarə Agentliyinin (BNPB) sözcüsü Sutopo Purvo Nuqroho Papua əyalətinin paytaxtı Cayapurada (Jayapura) martın 16-da güçlü yağışların səbəb olduğu seldə 50 nəfərin həyatını itirdiyi söyləyib.

  Seldə 59 adam da xəsarət alıb və xəstəxanalara sövq edilib.

  Xilasetmə çalışmalarının davam etdiyi bölgədə çata bilinməyən yerlərdə can itkilərinin artması narahatlıq doğurur.

  Xatırladaq ki, İndoneziyanın Cənubi Sulavesi (Sulawesi) əyalətində yanvarda yağan güçlü yağışlardan meydana gələn sel və dağıntılarda 68 nəfər həyatını dəyişmişdi.



Әlaqәli Xәbәrlәr