Xirosimada hәyatını itirәnlәr xatırlanır

Yaponiya İkinci Dünya müharibәsi zamanı Xirosima şəhərinə atılan atom bombası nəticəsində həyatını itirənləri xatırlayır.

316959
Xirosimada hәyatını itirәnlәr xatırlanır

Fəlakətin 70-ci ildönümündə Xirosimada gecə uşaqların da aralarında olduğu yüzlərlə insanın iştirakı ilə yürüş keçirilib. Fənərlərin daşındığı və mahnıların oxunduğu yürüş şəhərin ən böyük məbədlərindən birində son çatıb. Məbədin həyətində toplanan sıxlıq bir daha belə bir fəlakətin yaşanmaması üçün dua edib. Digər tərəfdən isə Xiroşimadakı sülh abidəsində də şəfəq ayini təşkil edilib. Abidəyə gələn yüzlərlə adam göz yaşları içində dualar edərək şamlar yandırıb. Abidənin həyətindəki rəsmi mərasim isə səhər zənglərinin çalınmasından sonra sayqı duruşu ilə başlayıb. Yaponiyanın baş naziri Şinzo Abe mərasimdə etdiyi çıxışında dünyanın nüvə silahlardan təmizlənməsi üçün işə davam edəcəklərini söyləyib. Xatırladaq ki, 1945-ci ilin avqustun 6-da Xirosimaya atılan atom bombası nəticəsində 140 min insan həyatını itirib. Həyatda qala bilənlər isə məruz qaldıqları radiasiya səbəbindən uzun illər ciddi sağlamlıq problemləri yaşayıblar.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr