Magellan pinqvini öz xilaskarını ziyarət etdi

Magellan pinqvinin macrası


Din Din bir Cənubi Amerika Magellan pinqvinidir . Beş il əvvəl yağa bulanmış bir şəkildə Braziliya Rio de Janeiro yaxınlarında ,dalğa onu bir adanın sahilinə vurdu. Joao Pereira de Souza adlı bir təqaüdçü pinqvini təmizlədi, bəslədi və sağlamlığına qovuşdurdu. Din Din balıkçıyla birlikdə bir il yaşadı, getməyi rədd etdi, lakin bir gün ayrıldı. Bir neçə ay sonra pinqvin geri döndü və hər il yavrulama mövsümünün sonunda pinqvin balıqçının yanına dönməyə başladı. Cənubi Amerika Magellan pinqvinləri geniş koloniyalar halında Arjantin sahillərindən Cənubi Çiliyə və Falkland Adalarına qədər geniş bir sahədə balarlar. Bu da o deməkdir ki, Din Din balıqçının yanına hər il gələ bilmək üçün ən az 5000 mil qətt edərək öz xilaskarını ziyarət edir.


Etiketlәr: