Ermənistan Fələstin dövlətini tanıdı

“Armenpress” xəbər agentliyinin yaydığı məlumata görə ...

2154675
Ermənistan Fələstin dövlətini tanıdı

 

  Ermənistan Fələstin dövlətini rəsmən tanıyıb.

  “Armenpress” xəbər agentliyinin yaydığı məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında Fələstin dövlətinin Ermənistan tərəfindən rəsmən tanındığı bildirilib: “Ermənistan beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və Fələstin dövlətini tanıyır”.

  Bəyanatda Ermənistanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Qəzzada dərhal atəşkəs tələb edən qətnamələri ilə razılaşdığı qeyd edilib və bu ölkənin iki dövlətli həll yolunu dəstəklədiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr