Qlobal istiləşmənin Hindistan və Meksikada fəsadları

“Centre for Holistic Development” qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında həddindən artıq istilər nəticəsində ölən evsizlər haqqında hesabat dərc edib

2154630
Qlobal istiləşmənin Hindistan və Meksikada fəsadları

 

  Hindistanın paytaxtı Yeni Dehlidə 9 gündə 192 evsiz adam həddindən artıq istidən həyatını itirib.

  “İndia Today” qəzetinin məlumatına görə, “Centre for Holistic Development” qeyri-hökumət təşkilatı 11-19 iyun tarixləri arasında həddindən artıq istilər nəticəsində ölən evsizlər haqqında hesabat dərc edib.

  Məlumata görə, paytaxt Yeni Dehlidə 9 gündə 192 evsiz insan həyatını itirib. Bu, son 6 ildə ən çox evsizlərin həddindən artıq istilər səbəbindən öldüyü dövr olub.

  Hindistanın paytaxtında 11-19 iyun tarixləri arasında 2023-cü ildə 75, 2022-ci ildə 150, 2021-ci ildə 58, 2020-ci ildə 124, 2019-cu ildə 143 evsiz həddindən artıq istilərdən həyatını itirib.

  Vahid İnkişaf Mərkəzinin direktoru Sunil Kumar Aledia bildirib ki, bu həyəcanverici statistika cəmiyyətin ən həssas qrupu olan evsizlər üçün mümkün qədər tez effektiv tədbirlərin görülməli olduğunu göstərir. Havanın çirklənməsi, sürətli sənayeləşmə, şəhərləşmə və meşələrin qırılması temperaturu artırıb. Bu vəziyyətin evsizlərin vəziyyətini daha da pisləşdirib.

  Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü il martın 1-dən iyunun 18-dək ölkə daxilində həddindən artıq istilərdən 40 min 272 yoluxma halı qeydə alınıb.

  Qeyd edək ki, Hindistanda hər il mart ayından havalar isinməyə başlayır və həddindən artıq istilər üzündən çox sayda insan ölür.

  Bütün zamanların ən yüksək temperaturu 2024-cü il mayın 29-da paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.

  Meksikada ilin əvvəlindən təsirli olan istilər səbəbindən isə ölənlərin sayı 155-ə yüksəlib, bəndlərdəki suyun səviyyəsi də azalıb.

  2024-cü ilin əvvəlindən ölkə daxilində Verakruz, Tabasko, Tamaulipas, Nuevo Leon və San Luis Potosi bölgələrində havanın temperaturu 45 dərəcəni keçib. Təkcə 13-18 iyun tarixləri arasında yüksək temperaturdan 30 nəfər ölüb. Günvurma ilə bağlı xəstəxanalara təxminən 2567 nəfər müraciət edib.

  Qızmar istilərin oktyabrın 5-dək sürəcəyi Meksikanın bəzi rayonlarında buxarlanmanın sürətinin sürətlə artması bəndlərdəki suyun miqdarını çox azaldıb.



Әlaqәli Xәbәrlәr