Mətbuatdan günün xülasəsi, 3 noyabr 2022

“Haber Türk”, “Sabah”, “Hürriyet”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

1901657
Mətbuatdan günün xülasəsi, 3 noyabr 2022

 

“Haber Türk”: Prezident Ərdoğan bildirdi “Taxıl böhranı aradan qaldırıldı"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl böhranının aradan qaldırıldığını açıqladı. O, 2 noyabr açıqlamasında bildirdi ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin milli müdafiə naziri Hulusi Akara taxıl daşınmasının davam edəcəyini söyləyib.

“Sabah”: Nazir Çavuşoğludan Yunanıstana sərt sözlər

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 2-də verdiyi açıqlamada Yunanıstanla münasibətlərdə yaranan gərginliyin səbəbinin elə Yunanıstan olduğunu bildirərək deyib: "Münasibətlərin gərgin olduğu dövrlərə baxın. Beynəlxalq hüquqları pozan Yunanıstanın dəli olmasının səbəbi Türkiyənin hər sahədə güclənməsidir".

“Hürriyət”: Nazir Muş “İxrac ən yüksək rəqəmə çatıb" dedi

  Tütkiyənin ticarət naziri Mehmet Muş 2022-ci ilin oktyabr ayında ixracatın 3 faiz artımla 21,3 milyard dollara çatdığını söylədi: "İxracatımız ən yüksək aylıq rəqəmə çatıb. Bu ilin yanvar-oktyabr dövründə ixracat 15 faiz artaraq 209,5 milyard dollara çatıb".

“Yeni Şafak”: “Barbaros Hayreddin Paşa” Sürmənə sularında neft axtaracaq

  Türkiyənin Trabzon limanında lövbər salan, uzunluğu 84 metr, ağırlığı 4711 brut ton olan "Barbaros Hayreddin Paşa" gəmisi Sürmene qəsəbəsi  sahillərində neft kəşfiyyatı işləri aparacaq.

“Star”: "Apex World Class”dan THY-yə mükafat

  Türkiyə Hava Yolları (THY) dünyanın ən hörmətli və etibarlı aviasiya şirkətinlərdən biri kimi tanınan APEX (Airline Passenger Experience Association) tərəfindən xidmət standartına görə bir daha “APEX World Class” və “Beş ulduzlu beynəlxalq hava yolları 2023” mükafatlarına layiq görülüb.



Әlaqәli Xәbәrlәr