Türkiyә mәtbuatı: 22 may 2024

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

2142696
Türkiyә mәtbuatı: 22 may 2024

''Star'':Rəcəb Tayyib Ərdoğan deyib: ''Beynəlxalq ictimaiyyətin öhdəlikləri bəllidir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rumıniyanın Baş naziri Marsel Çiolaku ilə keçirdiyi mətbuat konfransında deyib: "İsrailin törətdiyi hücumların dayandırılması və fələstinli qardaşlarımızın təhlükəsizliyinin təmin edilməsində beynəlxalq ictimaiyyətin öhdəlikləri bəllidir. Lakin buna baxmayaraq hələ də qarşısının alınması üçün addımlar atılmır. Netanyahu və hökuməti öz vətəndaşlarının təhlükəsizliyini təhlükə altına atmaq bahasına soyqırım törədir''.

''Sabah'': Səlcuq Bayraktar: ''Akıncı'' PUA diqqətləri üzərinə çəkdi

''Akıncı'' pilotsuz uçuş aparatı İran prezidenti və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopterin qəzaya uğradığı ərazini aşkar edərək diqqətləri üzərinə çəkib. "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktar Türkiyənin həm mədəniyyət dəyərləri, həm də texnoloji inkişaf baxımından dünyaya nümunə olduğunu deyib.

''Hürriyet'': Türkiyə səyahət indeksində 8-ci pilləyə yüksəldi

Türkiyə Dünya İqtisadi Forumunun 2023-cü ilə dair  səyahət və turizm  indeksində 8-ci pilləyə yüksələrək 119 ölkə arasında 29-cu yerdə qərarlaşıb.

''Yenişafak'': İstanbul Hava Limanı Avropanın ən işlək hava limanları arasında birinci olub

İstanbul Hava Limanı 6-12 may tarixləri arasında gündə orta hesabla 1430 uçuşla Avropanın ən işlək hava limanı oldu.

''Habertürk'': Alper Gezeravcı: ''Aya səyahət etməyi planlaşdırırıq"

Türkiyənin ilk astronavtı Alper Gezeravcı deyib: "Ölkəmizin imkanları ilə istehsal edilən raket və bu raketi kosmosa daşıyan hərəkət sistemi ilə cəmi bir neçə ay ərzində Aya səyahət etməyi planlaşdırırıq".



Әlaqәli Xәbәrlәr