Türkiyә mәtbuatı: 11 iyun 2024

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

2151264
Türkiyә mәtbuatı: 11 iyun 2024

‘‘Haber Türk’’: Türkiyә vә Azәrbaycan Prezidentlәri arasında görüş olub

Azәrbaycan Prezidenti İlham Әliyev Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanın dәvәti ilә dünәn Türkiyәyә işgüzar sәfәr edib. Prezident İqamәtgahında bir araya gәlәn liderlәr Türkiyә ilә Azәrbaycan arasındakı münasibәtlәri, İsrailin Qәzzada törәtdiyi hücumları, işğaldan azad edilәn Azәrbaycan torpaqlarında görülәn abadlıq-quruculuq işlәrini, regional vә beynәlxalq mәsәlәlәri müzakirә ediblәr.

‘‘Hürriyet’’: Yaşar Gülәr: ‘‘Terror dәhlizinin yaradılmasına icazә vermәyәcәyik’’

Türkiyәnin milli müdafiә naziri Yaşar Gülәr dünәn açıqlama verәrәk deyib: ‘‘Türkiyә Silahlı Qüvvәlәri separatçı terror tәşkilatının cənub sərhədlərindən bir qədər kənarda terror dəhlizi yaratmasına heç vaxt icazə verməyəcək”.

‘‘Sabah’’: Hakan Fidan azәrbaycanlı hәmkarı ilә telefon әlaqәsi saxlayıb

Türkiyәnin xarici işlәr naziri Hakan Fidan Azәrbaycan xarici işlәr naziri Ceyhun Bayramovla dünәn telefon әlaqәsi saxlayıb. Söhbәt zamanı ikitәrәfli vә regional mәsәlәlәr müzakirә olunub.

‘‘Star’’: Türkiyә qızılbalığı ixracatında artım qeydә alınıb

Şәrqi Qara dәniz bölgәsindәn yanvar-may ayları arasında ixrac edilәn Türkiyә qızılbalığından 67 milyın 125 min 19 dollar gәlir әldә olunub.  Qeyd olunan dövrdә Şәrqi Qara dәniz bölgәsindәn Rusiya Federasiyası, Vyetnam vә Belarusa Türkiyә qızılbalığı ixrac olunub.  

‘‘Vatan’’: İşsizlik göstәricilәri açıqlandı

Türkiyә Statistika Tәşkilatı aprel ayına dair işsizlik göstәricilәrini açıqladı. Mәlumata görә, aprel ayında Türkiyәdә işsizlәrin sayı keçәn ilin eyni dövrü ilә müqayisәdә 18 min azalaraq 3 milyon 42 min tәşkil edib.



Әlaqәli Xәbәrlәr