Türkiyә mәtbuatı: 24 may 2024

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

2143597
Türkiyә mәtbuatı: 24 may 2024

‘’Haber Türk’’: Türkiyәnin xarici işlәr naziri Hakan Fidan: ‘‘Biz hәr zaman Avropa İttifaqı ilә münasibәtlәrimizi irәliyә aparmaq istәyirik’’

Türkiynin xarici işlər naziri Hakan Fidan dünən Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi ilә bağlı deyib: “Türkiyə təkcə Aİ-yə deyil, üzvü olacağı bütün ittifaqlara güc qatacaq. Biz hər zaman Avropa İttifaqı ilә münasibәtlәrimizi irәliyә aparmaq istәyirik’’.

''Hürriyet’’: Oliver Varhelyi Türkiyə ilə Avropa İttifaqı arasındakı ticarәt hәcminin rekorda imza atdığını açıqladı

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheyli dünən Türkiynin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında Türkiyə ilə Avropa İttifaqı arasındakı ticarәt hәcminin rekorda imza atdığını deyib. Oliver Varhelyi deyib: "Keçən il ticarət həcmi baxımından rekorda imza ataraq  200 milyard avronu keçdik".

‘‘Vatan’’: İsveçrә KİV-lәri ‘‘Akıncı’’ pilotsuz uçuş aparatı haqqında yazdı

İsveçrәnin mәtbuat orqanları Türkiyənin İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yeri tapmasını geniş işıqlandırıb.  “Neue Zürcher Zeitung” qəzeti yaydığı xәbәrdә bu ifadәlәrә yer verib: “Türkiyə pilotsuz uçuş aparatları nә qədər güclü olduğunu bir daha dünyaya göstərdi”.

‘‘Sabah’’: “Göktepe-2” quyusunda qazma işlәri başladı

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar rəsmi internet səhifəsində etdiyi paylaşımda "Qara dənizdə yeni kəşflər üçün yelkən açırıq. "Fatih" qazma gəmimiz Sakarya Qaz Sahəsində "Göktepe-2" adını verdiyimiz quyuda qazma işlərinə başladı. Yeni yataqlarda kəşfiyyatımızı davam etdirəcəyik" deyə yazıb.

‘‘Star’’: Nazir Mehmet Ersoy Türk mətbəxinin zәnginliyindәn danışıb

Türkiyәnin mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib: ‘‘Türk mәtbәxinin zәnginliyi tarix boyu  özünəməxsus tәamları ilə günümüzə qədər gəlib çatmışdır. Bizim ilkin prioritetimiz bu unikal xəzinəni layiqincə tanıtmaqdır”.



Әlaqәli Xәbәrlәr