Türkiyə mətbuatı: 21 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2142078
Türkiyə mətbuatı: 21 may 2024

''Vatan'': Ərdoğan: ''Mən onun göstərdiyi səylərin şəxsən şahidi oldum''

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən digər şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı deyib: "Bölgədə sülh üçün göstərdiyi səmimi səylərin şəxsən şahidi olduq. Türkiyə hər zaman olduğu kimi dost və qardaş İran xalqının yanında olacaq''.
Rəcəb Tayyib  Ərdoğan  Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi açıqlamada İran xalqının yaşadığı dərin ağrı-acıları bölüşmək üçün Türkiyədə birgünlük matəm elan etməyə qərar verdiklərini bildirib.

''Sabah'': Hakan Fidan İrana başsağlığı verdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə dünən keçirdiyi  birgə mətbuat konfransında deyib: "Təəssüf ki, İrandan gələn ölüm xəbəri bizi dərindən sarsıtdı. İran prezidenti İbrahim Rəisi və hörmətli həmkarım, dəyərli dostum Hüseyn Əmir Abdullahiyana Allahdan rəhmət diləyirəm''.

''Haber Türk'': Qəzanın baş verdiyi yerin koordinatlarını  ''Akıncı'' PUA-sı  müəyyən etdi

İran dövlət televiziyası ''Akıncı'' PUA-nın qəzanın baş verdiyi yerin koordinatlarını müəyyən etməsindən sonra prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopterin qalıqlarının tapıldığını açıqlayıb. ''Akıncı'' PUA-sı helikopter qalıqlarının olduğu bölgəni uğurla müəyyən etdikdən sonra Türkiyəyə geri qayıdıb.

''Star'': Nazir Bolat: ''Birlikdə işləmək mövzusunda razılıq əldə etdik''

Türkiyənin ticarət naziri Ömər Bolat  maliyyə sənayesi və ticarət naziri Moussa Alassane Diallo ilə görüşünü qiymətləndirərək deyib: "Görüşümüzdə 500 milyon dollarlıq ticarət həcmi hədəfimizə doğru birlikdə irəliləmək mövzusunda razılıq əldə etdik''.

''Hürriyet'': Türk serialları Dubayda çox məşhurdur

Dubayın İqtisadiyyat və Turizm İdarəsinin icraçı direktoru İssam Kazım bildirib ki, türk serialları və filmləri Dubayda çox məşhurdur. Kazım türk seriallarının bölgədəki əhəmiyyətindən xəbərdar olduqları üçün münasibətləri inkişaf etdirməklə əlaqədar işlərə başladıqlarını açıqlayıb.



Әlaqәli Xәbәrlәr