Türkiyә mәtbuatı: 28 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1819506
Türkiyә mәtbuatı: 28 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Haber Türk’’: Әrdoğan Qәrb ölkәlәrindә islamofobiyanın yayıldığına diqqәt çәkib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bir müddәtdir bәzi Avropa ölkәlәrindә islamofobiyanın geniş yayıldığına diqqәt çәkib. Bu vandalizmin cəhalətdən qaynaqlandığını vurğulayan Rәcәb Tayyib Ərdoğan deyib: “Qurani-Kərimi tərcüməsi ilə oxuyan hər kəsin bu mübarək kitaba düşmənçilik bəsləməsi mümkün deyil” .

‘‘Vatan’’: Hulusi Akar terrorla mübarizәnin qәtiyyәtlә davam etdiyini deyib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar İraqın şimalında separatçı terror tәşkilatı PKK-ya qarşı hәyata keçirilәn ‘‘Pәncә-Kilid’’әmәliyyatının bütün mağaralar tәmizlәnәnәdәk davam edәcәyini bildirib. Hulusi Akar son terrorçu  da zәrәrsizlәşdirilәnәdәk әmәliyyatları davam etdirәcәklәrini deyib.

‘‘Star’’: Türk Dövlətləri Təşkilatına üzv 5 dövlət arasında әmәkdaşlığa dair müqavilә imzalanıb

Türk Dövlətləri Təşkilatına üzv 5 dövlət arasında әmәkdaşlığa dair müqavilә imzalanıb. Dolmabaxça  sarayında atılan imzalarla qurulan Türk-Ay ilə 5 dövlәtin Konstitusiya Məhkəmələri arasında əlaqələr daha da güclənəcək.

‘‘Sabah’’: Daha bir mәşhur Türkiyәyә üstünlük verdi

“Mariya Kallas: Məktublar və Xatirələr” tamaşasını səhnələşdirmək üçün İstanbula gələn italiyalı aktrisa Monika Belluççi “Gələcəkdə İstanbulda yerləşə bilərəm” deyib. Əfsanəvi fransız aktyoru Jerar Depardye də Tuzladakı qayığı hazır olandan sonra Fransanı tərk edərək İstanbulda yaşayacağını açıqlayıb. Çox sayda mәşhur İstanbulun bir çox Avropa şəhərlərindən daha gözəl və canlı bir şəhər olduğunu düşünür.

‘‘Yeni Şafak’’: Bahçeşehir Kolleci FİBA Avropa Kubokunda çempion oldu

Basketbol üzrə FIBA ​​Avropa Kubokunun finalında İtaliya təmsilçisi Reggio Emiliyanı ilk matçda 72-69 hesabı ilә  məğlub edən Bahçeşehir Kolleci öz meydanında rəqibini 90-74 məğlub edərək çempion oldu və  Avropada ilk qәlәbәsini qazandı.



Әlaqәli Xәbәrlәr