Türkiyə mətbuatı: 28 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2145017
Türkiyə mətbuatı: 28 may 2024

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan Pedro Sançeslə Fələstin məsələsini müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon əlaqəsi saxlayıb. Rəcəb Tayyib Ərdoğan söhbət zamanı İspaniyanın Fələstini bir dövlət kimi tanımaq qərarını yüksək qiymətləndirib və bu addımın həm bölgədə sülh və ədalətin bərqərar olması, həm də iki dövlətli həll səylərini gücləndirəcəyinə inandığını bildirib.

''Haber Türk'': Rəcəb Tayyib Ərdoğan: ''Benyamin Netanyahu lənətlə xatırlanacaq''

Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan Qəzzada qətliamlarını davam etdirən İsrail rəhbərliyinə növbəti dəfə reaksiya verib. Rəcəb Tayyib Ərdoğan deyib: “Qəzzada dinc əhalinin üzərinə bombalar atıldı. İsrailin Baş naziri Benyamin Netanyahu lənətlə xatırlanacaq''.

''Hürriyet'': Türkiyə israilli nazirin paylaşımına reaksiya verdi

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Yisrael Katzın rəsmi internet səhifəsində Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı etdiyi paylaşıma reaksiya verdi. Nazirliyin açıqlamasında bu ifadələrə yer verilib: "İsrail xarici işlər naziri Yisrael Katzın prezidentimizə qarşı əsassız ittihamları İsrailin Fələstində törətdiyi cinayətlərlə bağlı gündəmi dəyişdirmək cəhdidir''.

''Star'': Ali Təhsil Şurasının Fələstinlə bağlı qərarı! 

Türkiyə universitetləri Qəzzada törədilən qətliamlara reaksiya verdikləri üçün işini itirmiş Qərb universitetlərinin alimlərinə və tələbələrinə qapılarını açır. Məlumata görə, yaxın günlərdə Ali Təhsil Şurasının (YÖK) internet saytında müraciət səhifəsi açılacaq.

''Sabah'': Türkiyə Statistika Təşkilatı inkişaf gözləntilərinə dair sorğu anketi yekunlaşıb
Türkiyə Statistika Təşkilatının 2024-cü ilin birinci rübünə dair ümumi daxili məhsulun həcmi ilə əlaqədar gözlənti anketi 14 iqtisadçının iştirakı ilə yekunlaşıb. Sorğu anketinin nəticələrinə görə, iqtisadçılar Türkiyə iqtisadiyyatının bu ilin ilk rübündə 5,90 faiz inkişaf etdiyini təxmin edirlər.



Әlaqәli Xәbәrlәr