Türkiyə mətbuatı: 27 may 2024

Türkiyə mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2144417
Türkiyə mətbuatı: 27 may 2024

''Yenişafak: Türkiyə Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında yenidən yemək paylamağa başladı"

Türkiyə Qızıl Aypara Cəmiyyəti İsrailin Qəzzanın Rəfah şəhərində həyata keçirdiyi əməliyyat səbəbindən dayandırdığı fəaliyyətini bərpa edərək yenidən yemək paylamağa başlayıb.

''Habertürk'': Abdulkadir Uraloğlu: Yaxın Şərqdəki ticarət yolları Türkiyə üzərindən Avropaya bağlanacaq"

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu  Litvanın Klaipeda limanından başlayan və Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstandan keçərək Türkiyəyə bağlanan  ''Via Karpatia'' magistral yolu ilə Yaxın Şərqdəki ticarət yollarının Türkiyə üzərindən bütün Avropaya bağlanacağını ifadə edərək deyib: “Türkiyə olaraq ''Via Karpatia'' layihəsinin bir hissəsi olmağa və hər cür əməkdaşlığa hazırıq''.

''Star'': ''Avto Bild'' ''Togg''un daxili və xarici dizaynını yüksək qiymətləndirib
Almaniyanın aparıcı avtomobil jurnalı olan ''Avto Bild'' Türkiyənin istehsal etdiyi ''Togg'' elektrikli avtomobilini təriflədi. ''Avto Bild'' jurnalı ''Türk Teslası çox yaxşıdır'' başlığı ilə dərc etdiyi məqalədə ''Togg''un T10X modelini bir çox xarici markalı avtomobillərlə müqayisə edib. Jurnal ''Togg''un daxili və xarici dizaynını yüksək qiymətləndirib.

''Sabah'': Dünyanın ən yaxşı çörəkləri siyahısında Türkiyənin o şəhəri birinci oldu

''Taste Atlas''ın dünya üzrə apardığı araşdırmaya görə, dünyanın ən yaxşı çörəkləri müəyyən edilib. Siyahıda Türkiyənin Samsun şəhərinin  ''Bafra Pide''si birinci, ''Samsun Pide''si isə ikinci yerdə qərarlaşıb.

''Hürriyet'': ''Qalatasaray'' çempion oldu
Türkiyə Superliqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
"Qalatasaray" səfərdə "Konyaspor"u 3:1 hesabı ilə məğlub edərək 24-cü dəfə çempion olub. Xalını 102-yə çatdıran komanda liqa tarixində ən yüksək xal toplayan çempion komanda olub.



Әlaqәli Xәbәrlәr