Türkiyә mәtbuatı: 26 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1818005
Türkiyә mәtbuatı: 26 aprel 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

‘‘Sabah’’: Rәcәb Tayyib Әrdoğan Co Baydenin 1915-ci il hadisәlәri ilә bağlı açıqlamasına reaksiya göstәrib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Amerika Birlәşmiş Ştatları prezidenti Co Baydenin 1915-ci il hadisәlәri ilә bağlı açıqlamasına teaksiya göstәrәrәk deyib: ‘‘Co Bayden ermәnilәrlә bağlı tarixi bilmәlidir.Biz Baydeni ermənilərlə bağlı tarixi bilmədən Türkiyəyə meydan oxumağa çalışmasını bağışlaya bilmərik’’.

‘‘Hürriyet’’: Antonio Quterreş prezident Rәcәb Tayyib Әrdoğana tәşәkkür edib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreşlә görüşüb. Görüşdә Rusiya-Ukrayna müharibәsi müzakirә olunub. Antonio Quterreş Әrdoğana göstәrdiyi sәylәrә görә tәşәkkür edib.

‘‘Haber Türk’’: Braziliya Latın Amerikasındakı әn böyük tәrәfdaşımızdır

Braziliyada rәsmi sәfәrdә olan Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu ölkәnin Türkiyәnin Latın Amerikasındakı әn böyük tәrәfdaşı olduğunu ifadә edib. Mövlud Çavuşoğlu bu çәrçivәdә Braziliya ilә turizm sahәsindә әmәkdaşlığı güclәndirmәk istәdiklәrini bildirib.

‘‘Star’’: Hulusi Akar: ‘‘Sәrhәd xәttini kilidlәyәcәyik

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar ‘‘Pәncә Kilid’’  әmәliyyatı nәticәsindә bu günәdәk 56 terrorçunun zәrәrsizlәşdirildiyini ifadә edib. Hulusi Akar deyib: ‘‘Әmәliyyatımız böyük müvәffәqiyyәtlә, planlaşdırılan şәkildә davam edir. Әmәliyyatımızın müvәffәqiyyәtli şәkildә sona çatdırılması ilә sәrhәd xәttini kilidlәyәcәyik. Terrorçuların sәrhәdimizә daxil olması mümkün olmayacaq’’.

‘‘Yeni Şafak’’: Türkiyәdә oyun bazarı böyüyür

‘‘Gaming in Turkey’’ agentliyinin rәhbәri Ozan Aydemir Türkiyә Oyun Sektoru 2021 hesabatı ilә bağlı verdiyi bәyatanda  Türkiyənin oyun sektorundakı  payının 1 milyard 200 milyon dollara yüksəldiyini və rəqəmsal oyunların sayının artdığını bildirib.



Әlaqәli Xәbәrlәr