Türkiyə mətbuatı, 23 mart 2022

“Hürriyet”, “Haber Türk”, “Star”, “Sabah” və “Yeni Şafak” nələrdən yazır?

1800199
Türkiyə mətbuatı, 23 mart 2022

 

“Hürriyət”: Prezident Ərdoğanın diplomatiyaya önəm verməsi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 22 mart açıqlamasında Rusiya ilə Ukrayna arasındakı müharibədən yeganə çıxış yolunun diplomatiya olduğunu vurğulayıb.

“Haber Türk”: Xarici işlər naziri Çavuşoğlu İslam dünyasını “bir bədən olmağ”a çağırıb

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 48-ci Toplantısındakı çıxışında “Ümmət olaraq qarşımıza çıxan hər bir maneəni aşacağıq” deyib.

“Star”: Nazir Akardan ilk güllə: milli torpedoya birbaşa zərbə

  Milli qaynaqlarla istehsal edilən AKYA torpedası martın 22-də ilk dəfə “TCG Preveze”dən Milli Atış Sistemi MÜREN ilə əsl hədəfə atılıb. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın istifadə etdiyi yerli sistem hədəfi tam dəqiqliklə vurub.

“Sabah”: “Yavuz” qazma gəmisi aprelin 4-də kritik missiyaya çıxır

  Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Yavuz” qazma gəmisinin aprelin 4-də Qara dənizdə gərgin bir missiyaya gedəcəyini söyləyib.

“Yeni Şafak”: Türkiyə iki ay ərzində 36 ölkəyə bal ixrac edib

  Türkiyədən 2022-ci ilin yanvar-fevral aylarında 36 ölkəyə 7 milyon 131 min 895 dollar dəyərində bal satılıb.

 



Әlaqәli Xәbәrlәr