Türkiyә mәtbuatı, 31 yanvar 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1770601
Türkiyә mәtbuatı, 31 yanvar 2022

“Haber Türk”: Ərdoğan: "Türkiyənin səhiyyə infrastrukturu inkişaf etmiş ölkələri üstələyib”

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə şəhər xəstəxanaları, personalı, təcili yardımı, peyvəndi və dərmanı ilə səhiyyə infrastrukturunu inkişaf etmiş ölkələrdən də qabaqdadır. Ərdoğan Türkiyənin enerji ehtiyacının ödənilməsində yerli və bərpa olunan mənbələrin nisbətini davamlı olaraq artırdıqlarını, ölkə sənayesini istehsal və ixrac gücü ilə dünyanın aparıcı alternativlərindən birinə çevirdiklərini bildirib.

"Star": Türkiyə Rusiya və Ukrayna üçün etibarlı tərəfdaş

Azərbaycanlı analitik Turan Rzayev Prezident Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçilik təklifini dəyərləndirib və bildirib ki, Türkiyə iki ölkə üçün ən etibarlı tərəfdaşdır. Rzayev “Ankaranın həm Kiyev, həm də Moskva ilə sıx əlaqələri var. Bu mənada tərəflərin barışmasında Türkiyənin vasitəçiliyi çox vacibdir” deyib.

"Sabah": Türkiyə Liviyada balansı dəyişdi

Qətərdə dərc olunan "Al Jazeera" qəzetindəki təhlildə Türkiyənin Liviyadakı siyasi və hərbi varlığının Şimali Afrika və Aralıq dənizindəki balansları dəyişdiyi qeyd edilib. Məqalədə Türkiyənin Liviyanın təhlükəsizlik quruluşunun bir parçası olduğu və bölgədə xarici güclərə qarşı balanslaşdırıcı rol oynadığı bildirilib.

"Yeni Şafak": Türkiyənin “adenovirus” üsulu ilə hazırlanmış peyvəndi

Türkiyədə yeni növ koronavirusa (Covid-19) əleyhinə 'adenovirus' üsulu ilə hazırlanan ilk peyvənd bütün variantlara qarşı uzunmüddətli qorunma məqsədi daşıyır. Birinci mərhələ fəaliyyətləri başlayan peyvəndi inkişaf etdirən Ankara Xərçəng Araşdırma İnstitutunun direktoru Prof. Dr. Hakan Akbulut "Bizim peyvəndimiz ölkəmizdə istifadə edilən mRNT və inaktiv peyvəndlərdən çox fərqlidir. Canlı peyvənddir. Daha güclü immun reaksiya yaratma potensialına malikdir" deyib.

"Hürriyet": Anadoludan aparılan əsərlər geri qaytarılır

Amerikalı səlahiyyətlilər tərəfindən 2010-cu ildə müsadirə edilən Roma dövrünə aid 21 terakota qab, məhkəmə prosesi başa çatdıqdan sonra keçən həftə Türkiyəyə gətirildi. Anadolu mənşəli 14 əsər Manhetten Prokurorluğu tərəfindən Türkiyəyə qaytarılması məqsədilə Nyu York Baş Konsulluğuna təhvil verilib. Ankaraya gətiriləcək 10-u İsgəndər dövrünə, ikisi Lidiya dövrünə aid 12 sikkə və 2 ədəd Kilia büt başı İstanbul Arxeologiya Muzeyində sərgilənəcək.



Әlaqәli Xәbәrlәr