Türkiyə mətbuatı, 9 noyabr 2021

“Yeni Şafak”, “Sabah”, “Star”, “Hürriyet” və “Haber Türk” nələrdən yazır?

1731431
Türkiyə mətbuatı, 9 noyabr 2021

 

“Yeni Şafak”: Ərdoğan “Türkiyə epidemiya ilə mübarizəsini müvəffəqiyyətlə davam etdirir"

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 noyabr kabinet iclasından sonra etdiyi şərhdə bildirib: “Türkiyə yeni tip koronavirus (Covid-19) epidemiyası ilə mübarizəsini dünyada gedən prosesləri yaxından izləyərək müvəffəqiyyətlə davam etdirir. Yoluxma, xəstəxanaya yatırma, reanimasiya və vəfat rəqəmləri idarə edə biləcəyimiz bir səviyyədədir."

“Sabah”: Tarixi zəfərin ildönümündə Qarabağ uğuru

  Türkiyənin Milli müdafiə naziri Hulusi Akar TSQ heyəti ilə birlikdə Qarabağ Zəfərinin 1-ci ildönümü üçün Azərbaycana getmişdi. Burada etdiyi çıxışında nazir Türkiyənin hər zaman Azərbaycanın yanında olunacağını bildirib və Ermənistanı düşmən mövqeyindən uzaq durmağa çağırıb.

“Star”: “Ərdoğan çox güclü bir liderdir, bundan faydalanmaq lazımdır"

  Bosniya Herseqovina Xalqlar Məclisinin üzvü Bakir İzetbekoviç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın güclü və yaxşı əlaqələr quran bir lider olduğunu və Bosniya Herseqovinanın bundan faydalanması lazımlığını söyləyib.

“Hürriyet”: 115 ölkəyə 14,4 milyon dollarlıq çay ixrac edildi

  Türkiyə 2021-ci ilin yanvar-oktyabr ayları dövründə 115 ölkəyə çay ixracatından 14 milyon 435 min 902 dollarlıq gəlir əldə etdi.

“Haber Türk”: Antaliya turizmdə xarici rəqiblərini geridə qoydu

  Dünyanın hər bölgəsindən turist çəkən Antaliya bu il Aralıq dənizindəki turizm bölgələri arasında ən çox qonaq qarşılayan yer oldu.

  Aralıq dənizi Turistik Otelçilər və İnzibatçılar Birliyinin sədri Erkan Yağçı sözügedən mövzuda deyib: "Antaliya sentyabrın sonundan ən yaxın rəqib gördüyümüz İspaniyanın Mayorka adalarına görə iki dəfə artıq turist qarşıladı: onlar 3,5, biz isə 8,5 milyon turist qarşılamışıq".



Әlaqәli Xәbәrlәr