Türkiyə mətbuatı, 7 yanvar 2021

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1558949
Türkiyə mətbuatı, 7 yanvar 2021

"Star": Prezident Ərdoğanın FETÖ ilə bağlı açıqlaması

Prezident Rәcәb Tayyib Әrdoğan paytaxt Ankarada sәfәrdә olan Albaniya Baş naziri Edi Rama ilә tәkbәtәk vә heyәtlәr arasında baş tutan görüşlәrdәn sonra birgә mәtbuat konfransında çıxış edib. Rama ilə görüşünün əsas gündəm maddələrindən birinin terrorla mübarizə ilə müdafiə və hərbi sahələrdə əməkdaşlığın olduğunu ifadə edən Ərdoğan "(Fetullahçı terror təşkilatı) FETÖ-nün hər iki ölkə üçün təhdid olduğu barədə Albaniya səlahiyyətliləri ilə həmfikirik. Bununla da Türkiyə başda Türkiyə Maarif Vəqfi başda olmaq aidiyyəti bütün qurumları ilə Albaniyanın yanındadır" deyib.

"Haber Türk": Xarici İşlər Nazirliyinin ABŞ-dakı hadisələrlə bağlı açıqlaması
Türkiyә Amerika Birlәşmiş Ştatlarında prezident seçkilarindәn sonra yaşanan proseslәri narahatlıqla izlәdiyini bildirib.
Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Amerika Birlәşmiş Ştatlarında dünәn yaşanan hadisәlәri narahatlıqla izlәdik. Amerika Birlәşmiş Ştatlarındakı tәrәflәri sağlam düşüncәyә dәvәt edirik. ABŞ-ın bu böhranın qarşısını alacağına inanırıq’’.
"Hürriyət": Ersin Tatarın BMT-yə çağırışı
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti prezidenti Ersin Tatar, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi Adada suveren bərabərlik və iki dövlətə əsaslı əməkdaşlıq formuluna açıq fikirlə yanaşmağa çağırdı.

"Sabah": Nazir Dönmez: "Yenilənə bilən mövcud enerji gücümüz 49 min 550 meqavata çatdı"

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez dünən Günəş Enerjisi Sənayeçiləri və Sənaye Dərnəyi tərəfindən təşkil edilən "Günəş Zirvəsi" ndə çıxış etdi. Yenilənə bilən enerji sektorunun yeni tip koronavirus (Covid-19) epidemiyası prosesindən gücünü artıraraq çıxdığını ifadə edən Dönmez "Yenilənə bilən mövcud enerji gücümüz 49 min 550 meqavata" deyib.
"Vatan": Keçən il Antaliyada Demredeki xarabalıqları 242 min adam ziyarət etdi
Keçən il Antaliyanın Demre qəsəbəsindəki muzeyləri və arxeoloji sahələri 242 min 787 nəfər ziyarət etdi və bunun qarşılığında 5 milyon 605 min 494 lirə gəlir əldə etdi.



Әlaqәli Xәbәrlәr