Türkiyə mətbuatı, 9 oktyabr 2020

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1505759
Türkiyə mətbuatı, 9 oktyabr 2020

"Hürriyet": Ərdoğan: "Qarabağda münaqişənin həlli işğala son qoyulmasıdır"
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi Forumunun açılışında videoformatda etdiyi çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq, "Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoymasını vacibdir" deyib.
"Habertürk": Çavuşoğlu və yunanıstanlı həmkarı razılığa gəldilər!
Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın Xarici İşlər naziri Nikosz Dendias ilə görüşüb. Çavuşoğlu görüşdən sonra kəşfiyyat danışıqları aparmağı qəbul etdiklərini bildirib.
"Sabah": Türkiyənin enerji sahəsində daha bir həmləsi
Enerji və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar "Aliağa və Hatay-Dörtyoldakı iki FSRU-nu (üzən LNG saxlama və qazlaşdırma bölməsi) əlavə etdik. Üçüncüsü üçün işlər Sarosda davam edir. İnşallah gələn il istifadəyə veriləcək" deyib.
"Star" "Financial Times": Türkiyə silahlı pilotsuz uçuş aparatlarında (SPUA) ABŞ,  İsrail və Çinə ciddi bir rəqib oldu
Xəbərdə "Financial Times" qəzeti "Genişləyən Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sənayesi Türkiyənin silah alınmasında Qərbə olan asılılığını azaltmaq və milli qürura fəallıq qazandırmaq məqsədilə müdafiə istehsalını artırmaq istiqamətində 20 ildir göstərdiyi cəhdlərinin nəticəsidir" ifadəsi yer alıb.
"Yenişafak": Dünyada yalnız Elazığda istehsal olunur
"Dünyada yalnız Elazığın Alacakaya qəsəbəsində istehsal olunan və rənginə görə böyük diqqət çəkən 'albalı mərmər' ABŞ, Almaniya və İtaliya başda olmaqla 45 ölkəyə ixrac olunur. Fabrikin ixracat müdiri Salih Tufan "Dünyanın müxtəlif ölkələrinə göndərdiyimiz məhsullar bir çox prestijli layihələrdə istifadə olundu və istifadə edilməyə davam edir. Bu tikintilərin başında Kabe mərkəzindəki daxilindəki Safa-Merve təpələri, Məscidi-i Haram, kral sarayları və Ağ Ev yer alır" deyib.



Әlaqәli Xәbәrlәr