Türkiyə mətbuatı, 9 iyun 2020

“Yeni Şafak”, “Haber Türk”, “Star”, “Hürriyet” və “Sabah” bu gün nələrdən yazır?

1432277
Türkiyə mətbuatı, 9 iyun 2020

 

“Yeni Şafak”: Ərdoğandan Yunanıstanın Ayasofya şərhinə sərt reaksiya

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 iyunda axşam TRT-nin xüsusi buraxılışında gündəmə dair prosesləri dəyərləndirdi.

  Yunanıstanın Ayasofya şərhinə sərt reaksiya verən Türkiyə prezidenti belə söylədi: "Deyirlər ki, Ayasofyanı məscidə çevirməyin. Türkiyəni siz idarə edirsiniz, yoxsa biz? Bir az nə dediyinizə fikir verin. Həddinizi bilməsəniz, Türkiyənin nə edəcəyi bəllidir."

“Haber Türk”: Ömər Çelik “128 ölkədən 80 min adam Türkiyəyə gətirildi" dedi

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə 8 iyunda toplanan AK Partiya Mərkəzi Qərar və İdarə Heyəti yığıncağından sonra şərhlər verən Ömər Çelik korona virusu epidemiyası başlanandan 128 ölkədən 80 min, 1 iyundan isə xaricdə virusdan həyatını itirən 558 vətəndaşın 454-ünün cənazələrinin Türkiyəyə gətirildiyini bildirib.

“Star”: Nazir Fəxrəddin Koca aktual məlumatları açıqladı

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca “twitter”dən ölkədəki son korona virusu məlumatlarını paylaşaraq yazıb: "Yoluxma sayında tibbi maska və məsafə qaydasına uyğun gəlilməsi şərtiylə azalma hərəkətliliyi var. Yaxşılaşan xəstə sayında ciddi artım qeydə alınıb. Süni nəfəs dəstəyinə ehtiyac azalıb."

“Hürriyet”: Nazir Varank “Xaricə 2 min cihaz göndərdik" dedi

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Braziliyaya 1500-dən çox süni nəfəs cihazının təslim edildiyini söylədi: "Beləcə, təxminən 2 min cihazı xaricə göndərmiş olduq".

“Sabah”: Türkiyə Liviyada neft axtaracaq

  Türkiyə enerji və təbii qaynaqlar naziri Fateh Dönməz Türkiyə Neftləri Anonim Ortaqlığı (TP) şirkətinin Liviyada neft axtarış-arama və istehsal işlərilə bağlı lisenziya üçün müraciət etdiyini bildirərək deyib: “Liviya ilə bağlanılan müqavilə çərçivəsində 7 neft yatağı sahəsi təyin etmişik. 3-4 ay ərzində seysmik axtarışlar aparacaq, buradan alınan məlumatlar əsasında lokasiyanı müəyyənləşdirəcəyik."



Әlaqәli Xәbәrlәr