“Kocaeli Şəhər Xəstəxanası möhtəşəm bir xəstəxana oldu”, R.T.Ərdoğan

Kocaeli Şəhər Xəstəxanasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib...

1975405
“Kocaeli Şəhər Xəstəxanası möhtəşəm bir xəstəxana oldu”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəni təkcə səhiyyə sahəsində öz vətəndaşlarına xidmət etməklə kifayətlənməyərək qlobal bir cazibə mərkəzinə çevirməkdə qərarlı olduqlarını söylədi.

  Kocaeli Şəhər Xəstəxanasının açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib: “Kocaeli Şəhər Xəstəxanası bütün personalı ilə möhtəşəm bir xəstəxana oldu. Ümid edirəm ki, ölkəmizin bütün böyük şəhərlərini bu cür şəhər xəstəxanaları ilə təchiz edəcəyik. 1218 çarpayılıq, zəlzələ izolyatorlu, müasir konstruksiyası, hər cür şəraitə malik bölmələri ilə Kocaeli Şəhər Xəstəxanası ilə fəxr edirik.

  Türkiyəni təkcə öz vətəndaşlarına xidmət etməklə kifayətlənməyərək sağlamlıq sahəsində qlobal cazibə mərkəzinə çevirməkdə qərarlıyıq.

  Bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, vətəndaşlarımız səhiyyə xidmətlərinə görə öz ölkələrinə üstünlük verirlər. Eynilə əcnəbilərin də bizə marağı artır.

  Xalqımız səhiyyə sahəsində qurduğumuz nümunəvi infrastrukturun, apardığımız sistem islahatının, hələ də gücləndirdiyimiz kadrların dəyərini yaxşı bilir”.



Әlaqәli Xәbәrlәr