Hakan Fidan Brüsseldə Fələstin məsələsi ilə bağlı keçirilən toplantıya qatılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsseldə Fələstin məsələsi ilə bağlı keçirilən toplantıya qatılıb.

2144362
Hakan Fidan Brüsseldə Fələstin məsələsi ilə bağlı keçirilən toplantıya qatılıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsseldə Fələstin məsələsi ilə bağlı keçirilən toplantıya qatılıb.
Hakan Fidan Fələstin dövlətinin tanınması və iki dövlətli həll prinsipinin müzakirə olunduğu toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib.
Norveç və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə keçirilən toplantıda Türkiyənin fələstinlilərə dəstəyi bir daha vurğulanıb.
Xarici işlər naziri Hakan Fidan Fələstin mövzusunda keçirilən toplantıda daha çox ölkənin Fələstin dövlətini tanıması üçün səylərin artırılmasının vacibliyinə diqqət çəkib. Nazir Hakan Fidan Fələstin dövlətinin  tanınmasının təxirə salınmasının problemi həll etməyəcəyini bildirib.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Hakan Fidan  Brüsseldə “Beynəlxalq Tərəfdaşlar Toplantısı” və “Fələstinin tanınması daxil olmaqla iki dövlətli həllin həyata keçirilməsi” başlığı altında keçirilən toplantılarda da əhəmiyyətli mesajlar verib.
İlk toplantıda Fələstinə yardımlarını davam etdirən ölkələr və qurumlar bir araya gəlib. Toplantıda çıxış edən Fələstin Baş naziri Məhəmməd Mustafa hökumətinin ilkin prioritetləri və planları haqqında məlumat verib və gözləntilərini beynəlxalq tərəfdaşların diqqətinə çatdırıb.
İkinci toplantıda isə  İsrail-Fələstin probleminin siyasi yolla həll edilməsi və iki dövlətli həll əsasında Fələstin Dövlətinin qurulması məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr