Akif Çağatay Kılıç Rəfaha edilən hücuma reaksiya verdi

Akif Çağatay Kılıç rəsmi internet səhifəsində etdiyi paylaşımda İsrailin Rəfahdakı düşərgəyə etdiyi hücuma münasibət bildirib.

2144352
Akif Çağatay Kılıç Rəfaha edilən hücuma reaksiya verdi

Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç qeyd edib ki, günahsız insanların qanı bu hücumlara dəstək verən digər ölkələrin də əlinə bulaşıb. Akif Çağatay Kılıç İsrail administrasiyasının qətlə yetirdiyi uşaqlara, qadınlara və mülki vətəndaşlara görə mütləq cavab verəcəyini bildirib.
Türkiyə Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri-səfir Akif Çağatay Kılıç rəsmi internet səhifəsində etdiyi paylaşımda İsrailin Rəfahdakı düşərgəyə etdiyi hücuma münasibət bildirib.
Akif Çağatay Kılıç paylaşımında bu ifadələrə yer verib:
"Əvvəlcə günahsız insanları evlərində bombaladılar, indi isə sığındıqları düşərgələrdə onları kütləvi şəkildə hədəf alırlar. Günahsız insanların qanı indi bu hücumları dəstəkləyən digər ölkələrin əllərinə də bulaşıb. Hər gün törətdiyi cinayətlərə yenisini əlavə edən İsrail administrasiyası qətlə yetirdiyi günahsız uşaqlara, qadınlara və mülki vətəndaşlara görə mütləq cavab verəcək!''.



Әlaqәli Xәbәrlәr