“Təqlid etdikləri Hitler kimi lənətlə xatırlanacaqlar”, R.T.Ərdoğan

İstanbulda keçirilən “Türkiyə Əsr Konstitusiyası - Vətəndaş Konstitusiyası - Güclü Türkiyə” simpoziumunda çıxış edən R.T.Ərdoğan İsrailin Qəzzada təhlükəsiz bölgə elan edilən Rəfahdakı qaçqın düşərgəsinə raket zərbəsi endirməsinə çox sərt reaksiya verib

2144963
“Təqlid etdikləri Hitler kimi lənətlə xatırlanacaqlar”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada qətliamlarını davam etdirən İsrail hökumətinin Hitler kimi lənətlə xatırlanacağını söyləyib.

  İstanbulda keçirilən Türkiyə Əsri Konstitusiyası - Vətəndaş Konstitusiyası - Güclü Türkiyə simpoziumunda çıxış edən R.T.Ərdoğan İsrailin Qəzzada təhlükəsiz bölgə elan edilən Rəfahdakı qaçqın düşərgəsinə raket zərbəsi endirməsinə çox sərt reaksiya verərək deyib: “Bu qətliam terror dövlətinin xain simasını bir daha ifşa etdi.

  İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsində küncə sıxışdırılıb. Siyasi ömrünü daha çox qanla uzada bilməz. 

  Onlar təqlid etdikləri Hitler (1889-1945) kimi lənətlə xatırlanmaqdan qaça bilməyəcəklər.

  Bu qatillərin hesaba çəkilməsi üçün əlimizdən gələni edəcəyik.

  Allah qəzzalı bacı-qardaşlarımıza kömək olsun”.

  Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Qəzza zolağının Rəfah şəhərində hücumların dayandırılması üçün qərar versə də, İsrail 26 may gecəsi də yerlərindən didərgin düşmüş fələstinlilərin çadırlarını bombalayıb və ilkin təsbitlərə görə, 40 nəfər həyatını itirib.

 



Әlaqәli Xәbәrlәr