"Baykar" şirkəti 3 ədəd SİHA-nı Ukraynaya hədiyyə edib

"Baykar" şirkəti 3 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatını heç bir ödəniş tələb etmədən Ukraynaya hədiyyə edib.

1848954
"Baykar" şirkəti 3 ədəd SİHA-nı Ukraynaya hədiyyə edib

"Baykar" şirkəti 3 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatını heç bir ödəniş tələb etmədən Ukraynaya hədiyyə edib.

"Baykar" şirkətinin "Twitter" hesabından edilən paylaşımda bildirilir:

"Ukrayna xalqının vətənlərini müdafiə etmək üçün "Bayraktar TB2" SİHA ala bilmək üçün "Xalqın Bayraktar"ı adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla tamamlandığını öyrəndik.

İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, əhali, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə verərək ölkələrinə dəstək oldular.

Vətənpərvər Ukrayna xalqının qarşısına qoyduğu məqsədə çatmaq istəyi və həmrəylik ruhu bizi də heyran etdi. "Baykar" şirkəti olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd "Bayraktar TB2" SİHA-nı heç bir ödəniş olmadan Ukraynaya hədiyyə edirik. Bu məqsədlə toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə edilməsini xahiş edirik. “Baykar" olaraq ədalətli həll arzuladığımızı və davamlı sülh üçün dua etdiyimizi hörmətlə bildiririk”.



Әlaqәli Xәbәrlәr