Türkiyə Suriyada tədbirlər görməkdə qətiyyətli olduğunu ABŞ-a bildirdi

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini Sedat Önal Türkiyənin Hatay şəhərində səfərdə olan Tomas Qrinfild ilə telefonla danışıb.

1836865
Türkiyə Suriyada tədbirlər görməkdə qətiyyətli olduğunu ABŞ-a bildirdi

Xarici işlər nazirinin müavini səfir Sedat Önal ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildə Türkiyənin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarına qarşı lazımi tədbirləri davam etdirəcəyini bildirib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir müavini Sedat Önal Türkiyənin Hatay şəhərində səfərdə olan Tomas Qrinfild ilə telefonla danışıb.

Telefon danışığında daimi nümayəndə Tomas Qrinfild Türkiyənin Suriyanın şimalında hərbi əməliyyat keçirməsi ilə bağlı narahatlığını ifadə edib. 
Sedat Önal isə, bunun qarşısında PKK/YPG/PYD terror təşkilatının təkcə Suriyanın ərazi bütövlüyünə deyil, həm də Türkiyənin milli təhlükəsizliyinə də təhdid yaratdığını, 2019-cu ilin oktyabrında ABŞ və Rusiya Federasiyası ilə əldə edilmiş razılaşmaların müddəalarının bu günə qədər yerinə yetirilmədiyini bildirib. 

Önal Thomas Qrinfieldə son zamanlar bu bölgədən Türkiyəyə qarşı terror təhlükəsinin daha da artdığını, Türkiyənin təhlükəsizlik qüvvələrini, mülki insanları və Türkiyə sərhədləri daxilindəki bu hücumlara biganə qalmasının və bölücü gündəmin qabardılmasının gözlənilə bilməyəcəyini, Türkiyənin həyati milli təhlükəsizlik maraqlarını təhdid edən terror təşkilatlarına qarşı lazımi tədbirləri davam etdirəcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr