Türkiyə Sudana daha bir milyon doza peyvənd göndərir

Türkiyə Sudana bir milyon doza yeni növ koronavirus (Covid-19) əleyhinə peyvənd bağışlayacaq.

1762460
Türkiyə Sudana daha bir milyon doza peyvənd göndərir

Türkiyənin Xartumdakı səfiri İrfan Nəziroğlu  Sudan Suverenlik Şurasının üzvü general-mayor İbrahim Cabir ilə görüşü zamanı  bu barədə  danışıb.

Səfir Nəziroğl: “İbrahim Cabir ilə Prezident aparatında baş tutan görüşdə  ikitərəfli siyasi və iqtisadi əlaqələri müzakirə  etdik. Dekabr ayında İstanbulda keçirilən 3-cü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsi haqqında  cənab İbrahim Cabirə məlumat təqdim etdim. Prezident Rəcəb Tayyib Ərdoğanın sözmövzusu zirvə toplantısında Türkiyənin Afrika qitəsinə 15 milyon doza peyvənd yardımı edəcəyini, Sudana isə 1 milyon doza peyvənd göndərməyi planlaşdırdıqlarını səsləndirdiyini bildirdim. Cənab İbrahim Cabir Türkiyənin hər zaman Sudanın yanında olduğunu, bunu alqışladıqlarını, xüsusilə sənaye və texnologiya sahəsində Türkiyənin təcrübəsindən yararlanmaq istədiklərini vurğuladı. peyvənd yardımına görə minnətdarlığını bildırdi”.

 



Әlaqәli Xәbәrlәr