Türkiyə BMT-nin qərarını alqışlayıb

Türkiyə BMT-nin İsrailin Fələstin ərazilərində işlədiyi beynəlxalq humanitar hüquq ve insan haqları pozuntularını araştırmak üçün müstəqil beynəlxalq komissiya qurulmasını nəzərdə tutan qərarını alqışladığını bildirib.

1647269

Xarici İşlər Nazirliyi BMT İnsan Hüquqları Şurasının dünən (27 may) Fələstinin Xüsusi Sessiyasında qəbul edilmiş İsrailin pozuntularını araşdırmaq üçün beynəlxalq müstəqil komissiya yaradılması qərarı ilə əlaqədar yazılı açıqlama verib.

Açıqlamada bildirilib ki, BMT İnsan Hüquqları Şurasının bu qərarını İsrail Fələstin xalqına qarşı ayrı-seçkilik etmədən tətbiq etdiyi həddindən artıq, nisbətsiz və qanunsuz güc tətbiqi başda olmaqla işğal altındakı Fələstin torpaqlarında işlədiyi cinayətlərə görə beynəlxalq məsuliyyətəcəlb edilməsinə və müvafiq orqanlarının bu hərəkətlərə görə məsuliyyət daşıması istiqamətində atılmış vacib addım kimi görürük. 
Açıqlamada Türkiyənin sözügedən beynəlxalq araşdırma komissiyasının işinə hər cür yardım və dəstək verməyə hazır olduğu vurğulanıb.

Әlaqәli Xәbәrlәr