Türkiyə beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə dəvət edib

Türkiyə İsrailin Qəzzaya qarşı tank və artilleriya atışlarına başladığının narahatlıqla öyrənildiyini ifadə edərək, beynəlxalq ictimaiyyəti hücumları dərhal dayandırmaq üçün hərəkətə keçməyə dəvət edib.

1639380

Xarici İşlər Nazirliyinin mövzuyla bağlı bəyanatında İsrailin Qəzzaya yönəldilmiş hava zərbələrində mülki itkilərin sürətlə artdığı,  Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə BMT-nin Orta Şərq Agentliyinə  (UNRWA) bağlı məktəblərin ziyan gördüyü və bölgədə vəzifə icra edən Anadolu agentliyi (AA) operatoru və fotomüxbirinin yaralandığı xatırlatıldılıb.

Bu vəziyyətin İsrailin nisbətsiz və ayrı-seçki qoymadan hücumlarını açıq şəkildə ortaya qoyduğu ifadə edilib.

Bəyanatda İsrailin Qəzzaya qarşı tank və artilleriya atəşi başlatdığının narahatlıqla öyrənildiyi və beynəlxalq ictimaiyyətin mülki insan tələfatına səbəb olacaq bu hücumları dayandırmaq üçün sürətli şəkildə hərəkətə keçməyə dəvət edildiyi bildirilib.

Nazirliyin bəyanatında "İsrailin hücumlarında həyatını itirən fələstinli qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, Anadolu agentliyi işçilərinə keçmiş olsun diləklərimizi çatdırırıq" deyilib.

Bəyanatda Türkiyənin bu haqq işində Fələstin xalqı ilə güclü bir mövqe tutmağa davam edəcəyi də vurğulanıb.

Әlaqәli Xәbәrlәr