Türkiyə dövlət başçısı Slovenya prezidenti ilə danışdı

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən (Cumhurbaşkanlığı İletişim Başkanlığı) verilən məlumata görə...

1605211
Türkiyə dövlət başçısı Slovenya prezidenti ilə danışdı

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Slovenya prezidenti Borut Pahorla telefonda danışıb.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən (Cumhurbaşkanlığı İletişim Başkanlığı) verilən məlumata görə, söhbət zamanı Türkiyə-Slovenya əlaqələrinin inkişafı ilə əlaqədar məsələlər müzakirə olunub.

  R.T.Ərdoğan həmkarına Türkiyə ilə Slovenya arasındakı Strateji Ortaqlıq Müqaviləsinin 10-cu ildönümündə bu günə qədər ikitərəfli əlaqələrin hər sahədə inkişafından məmnuniyyətini dilə gətirərək deyib: “Strateji Ortaqlığın neçə-neçə 10 illərə çatması və bölgənin sülh, sabitlik və rifahına töhfə verməsini diləyirəm.

  Türkiyə və Sloveniyanın son illər artan iqtisadi və ticarət əlaqələri daha böyük potensiala malikdir.

  Biz Sloveniyaya Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük məsələsinə verdiyi dəstəyə görə də təşəkkür edirik.

  Sloveniyanın 1 iyuldan qəbul edəcəyi Aİ dövri sədrliyinin Türkiyə - Avropa İttifaqı əlaqələrinin irəli aparılması baxımından vəsilə olmasını arzulayırıq”.



Әlaqәli Xәbәrlәr