Mövlud Çavuşoğlu: "Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin sammitində iştirakı zamanı İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlama verib.

1502186
Mövlud Çavuşoğlu: "Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil"

Ermənistanla əlaqələrimizin həssaslaşmasının əsas səbəbi Ermənistanın bölgədə təcavüz yolu seçməsi, eyni zamanda, konstruktiv və məsuliyyətli bir tərəfdaş olma qabiliyyətinə malik bir siyasət aparmamasından irəli gəlir. Biz təcavüzkarla qurbanı bir-birindən ayırmalıyıq.

Bu fikirləri Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin sammitində iştirakı zamanı İtaliyanın nüfuzlu “La Stampa” qəzetinə açıqlamasında bildirib.

Nazir deyib: “Döyüş əməliyyatlarının dərhal dayandırılması istiqamətində səsləndirilən səthi tələblər və davamlı atəşkəs bu dəfə fayda verməyəcək. Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu, bizim seçimimiz deyil. Təbii ki, əgər Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli tərəfdaş olmağı seçərsə, bundan Azərbaycanın da qazanacağı çox şey olacaq”.

Çavuşoğlu Türkiyə ilə Avropa İttifaqı münasibətlərinə də toxunaraq deyib: "Türkiyəyə qarşı hər cür sanksiya əks təsir yaradacaq. Kıbrıslı Türklərin haqlarını qorumaq barədəki qətiyyətli mövqeyimizi gücləndirməkdən başqa təsir göstərməz. Türkiyə Aralıq dənizinin şərqindəi dəniz sərhədləri mövzunda maksimalistt iddialar irəli sürmək cəhdləri qarşısında yalnız öz hüquqlarını və Kıbrıslı Türklərin maraqlarını qorudu. Münasibətlərimizi normallaşdırmaq vacibdir və bunun yeganə yolu; bəzi Aİ üzvlərinin maksimalist tələblərini Türkiyə-Aİ münasibətlərini ayırmaqdır. Rusiyanın Türkiyə ilə Kıbrıs Rum İdarəsi arasındakı vasitəçilik təklifi ilə əlaqədar olaraq isə bunu demək mümkündür;  Rusiya adada iki tərəf arasında vasitəçi rolunu yalnız bitərəf olduğu təqdirdə çox yaxşı oynaya bilər".

 



Әlaqәli Xәbәrlәr