Numan Kurtulmuş İrlandiya, İspaniya və Norveç hökumətlərini təbrik etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İrlandiya, İspaniya və Norveç hökumətlərini Fələstin dövlətinin tanınması istiqamətində atdıqları ədalətli və cəsarətli addımlarına görə təbrik edib.

2143279

  Rəsmi internet səhifəsində mövzu ilə bağlı paylaşım edən Numan Kurtulmuş deyib:"İrlandiya, İspaniya və Norveç hökumətlərini Fələstin dövlətinin tanınması istiqamətində atdıqları ədalətli və cəsarətli addımlarına görə ürəkdən təbrik edirəm. Dövlətləri və hökumətləri bu qanuni qərarları qəbul etməyə təşviq edən xalq və bəşəriyyətin vicdanı, şübhəsiz ki, Netanyahunu məğlub edəcək. Hər yaşdan olan günahsız insanları qətlə yetirən bu hərbi cinayətkarların beynəlxalq məhkəmələrdə mühakimə olunacağı və cəzalandırılacağı günlər çox yaxındır. Dünyanın bütün digər ölkələrini Fələstin xalqı və dövlətinin yanında olmağa və bu qətliama son qoymaq üçün daha çox səy göstərməyə dəvət edirəm”.

Әlaqәli Xәbәrlәr