“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib
“Türkiyə səlahiyyətliləri gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün ətraf mühitin mühafizəsinə dair tədbirləri davam etdirir”. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar sosial şəbəkə paylaşımında deyilir.
Türkiyə lideri bildirib ki, təkcə son 21 ildə ölkədə 7 milyard ting əkilib.
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib.
Bu arada, Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyindən bildirilib ki, torpaq eroziyasına qarşı mübarizə ilə bağlı səylər təkcə ölkə ərazisini əhatə etmir, həm də beynəlxalq təcrübə mübadiləsi aparılır. Son illər Türkiyə tərəfindən dünyanın 108 ölkəsindən 1170 ekspert və aqronomun iştirakı ilə kurslar təşkil olunub.