Hakan Fidan TÜRKPA-nın iclasında çıxış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk dünyasının İsrailin Fələstinə təşkil etdiyi hücumlara qarşı ortaq mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

2142815

Nazir Hakan Fidan paytaxt Ankarada təşkil edilən Türkiyə Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müdafiə Komissiyası sədrlərinin açılış toplantısında çıxış edib.
Hakan Fidan Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla on minlərlə insanın ölümünə səbəb olan İsrailin hücumlarının dayandırılması üçün iki dövlətli həll yolunun həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
"Bu mühitdə Türk dünyasının ortaq mövqe nümayiş etdirməsi türk dünyasının mənəvi güc kimi önə çıxmasına şərait yaradacaq. Bu, münaqişənin yayılması təhlükəsinin aradan qaldırılmasına töhfə verəcək",-deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Hakan Fidan bildirib ki, Türk dünyasındakı bütün qardaşlarımızı Qəzzadakı vəhşiliyə qarşı səslərini ucaltmağa və bu zülmə son qoymaq üçün daha konkret addımlar atmağa çağırıram.

Әlaqәli Xәbәrlәr