İraqın şimalında bir hərbçi şəhid olub

İraqın şimalında ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin qoymuş olduğu partlayıcı qurğunun işə salınması nəticəsində bir hərbçi şəhid olub.

2143261

Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib: ''2024-cü il mayın 22-də ''Pəncə-Kilid'' əməliyyatı bölgəsində  separatçı terror təşkilatı üzvlərinin qoymuş olduğu partlayıcı qurğunun işə salınması nəticəsində Vedat Zorba ağır yaralanıb. Dərhal xəstəxanaya aparılan hərbçi edilən bütün tibbi müdaxilələrə baxmayaraq şəhid olub. Bizi kədərləndirən bu hadisə nəticəsində şəhid olan şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk''.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və milli müdafiə naziri Yaşar Gülər ​​də şəhid əsgərlə əlaqədar başsağlığı mesajı yayımlayıblar.

Әlaqәli Xәbәrlәr