Berat Albayrak özәl televiziya kanallarından birinә müsahibә verib

Türkiyәnin xәzinә vә maliyyә naziri Berat Albayrak bildirib ki, Türkiyә enerji mәsәlәsindәki asılılıq mәnasında yeni bir dövrә başladı.

1479108

Berat Albayrak Qara dәnizdә kәşf edilәn tәbii qazla bağlı deyib: ‘‘İlk yatağın ilk fazası 320 milyard kubmetr tәbii qazın kәşf edildiyi açıqlandı. Bu yatağın digәr fazasında fәaliyyәtlәr davam etdirilir’’.

Özәl televiziya kanallarından birinә müsahibә verәn Berat Albayrak jurnalistlәrin gündәmlә bağlı suallarını cavablandırdı.

Qara dәnizdәki Tuna-1 yatağında  kәşf edilәn 320 milyard kubmetr tәbii qaz ehtiyatının ölkәnin iqtisadiyyatı vә siyasi tarixi baxımından böyük әhәmiyyәt kәsb etdiyini ifadә edәn Berat Albayrak deyib: ‘‘Nә Şәrq, nә dә Qәrb. Yeni ox Türkiyәdir. Bu kәşf Türkiyәdә fәrqli bir atmosferin yaranmasına  sәbәb oldu’’.

Әlaqәli Xәbәrlәr